Modern.az

YAP-dan xalq yazıçısına sərt CAVAB: "O, İstiqlal ordeninə haqqını itirib“

YAP-dan xalq yazıçısına sərt CAVAB: "O, İstiqlal ordeninə haqqını itirib“

31 Yanvar 2013, 15:45

“Əkrəm Əylislinin «Daş yuxuları» əsəri müasir Azərbaycan ədəbiyyatına ləkədir. Yazıçının bu dərəcədə haqsız və təhrifçi olmasını təsəvvür etmək mümkün deyil. Öz xalqına Əkrəm Əylisli qədər nifrət edən ikinci bir yazıçı tapmaq çətindir. Hesab edirəm ki, Azərbaycan xalqını aşağılayan, ona böhtan atanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Səhv etmirəmsə Əkrəm Əylisli vaxtilə İstiqlal ordeni ilə təltif edilib və yol verdiyi yaramazlıqdan sonra İstiqlal ordeninə də haqqını itirib”.

Modern.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov hakim partiyanın saytına Əkrəm Əylislinin «Daş yuxuları» əsərinə münasibət bildirərkən söyləyib.

Əli Əhmədov qeyd edib ki, görünür Əkrəm Əylislini Azərbaycan xalqı ilə bağlayan heç nə yoxdur.
“Nə genində, nə də yazıçı və vətəndaş mənəviyyatında. Azərbaycanlılara bu qədər böhtan atanı, Ermənistanda qətlə yetirilənlərin, Xocalıda amansızlıqla qırılanların fəryadını isə eşitməyəni azərbaycanlı adlandırmaq olarmı? Düşünmürəm ki, Əkrəm Əylislinin dərk etmək qabilliyyəti pozulub. Yəqin ki, belə deyil. Çox ehtimal ki, ömrünün ahıl çağında bu vaxta qədər çörəyini yeyib, suyunu içib istədiyi qədər bəhrələndiyi Azərbaycana və azərbaycanlılara xəyanət etməklə qenetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək qərarına gəlib. Onun yazdığı da, hərəkətləri də Azərbaycan xalqına arxadan zərbədir”- deyə, YAP-ın Sədr müavini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir