Modern.az

İctimai Birlik Əkrəm Əylislini müdafiə etdi: “O, ziyalı, vətənpərvər insandır”

İctimai Birlik Əkrəm Əylislini müdafiə etdi: “O, ziyalı, vətənpərvər insandır”

31 Yanvar 2013, 21:14

“Mənə elə gəlir ki, Əkrəm Əylislinin “Daş yuxular” romanındakı fikirləri bir az şişirdilir. Romanda söylənilən fikirləri siyasiləşdirmək, ona başqa don geyindirmək lazım deyil. Mən Əkrəm Əylislini dəstəkləmirəm, ancaq bu məsələnin bu
qədər qabardılmasının əleyhinəm”.
Bu sözləri gənc yazar, Gənc Yurdsevərlər Birliyinin sədri Tağı Kərimli Əkrəm Əylislinin “Daş yuxular” romanına etiraz edənlərə münasibət bildirərkən deyib.

Gənc yazarın sözlərinə görə Əkrəm Əylisliyə qarşı aparılan bu kampaniya sifarişlidir: “Əkrəm Əylisli ziyalı, vətənpərvər yazıçıdır. Yazdığı yazıya görə onu tənqid etmək olar, amma onun evinin qarşısında aksiya keçirmək, təhqir etmək yolverilməzdir, bu həm adət-ənənəmizə, həm də demokratik prinsiplərə ziddir. Mənə elə gəlir ki, bu etirazlar kimlərinsə maraqlarına xidmət edir”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir