Modern.az

Məlahət İbrahimqızı: “Onu nə Xalq yazıçısı, nə də “İstiqlal” mükafatçısı adlandırmaq olar”

Məlahət İbrahimqızı: “Onu nə Xalq yazıçısı, nə də “İstiqlal” mükafatçısı adlandırmaq olar”

1 Fevral 2013, 12:33

Yazıçı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanı ətrafında qalmaqal getdikcə böyüyür. Bir çox yazıçı və siyaətçilər artıq əsər barəsində öz fikirlərini bildirib. Milli Məclisin deputatı Məlahət İbrahimqızı əsərlə bağlı fikirlərini Modern.az-la bölüşüb. Onun sözlərinə görə, damarında azərbaycanlı, türk qanı axan heç bir vətəndaş öz millətini bu dərəcədə aşağılaya bilməz.
“Əkrəm Əylisli tanınmış Xalq yazıçısı kimi,  yüksək adlara layiq görülmüş yaradıcı bir insandır. “İstiqlal” ordeni almış bir yazıçıdır.  Onun  Azərbaycanda və  Rusiyada kifayət qədər oxucu auditoriyası var.  Amma O bundan sonra ömrünün son mərhələsində “Daş yuxular” əsərini yazmaqla yaddaşlarda Azərbaycan xalqını, türk dünyasının nifrətlə xatırlayacağı bir yazıçı olacaq. Bəzən əsərlərdə təhqiramiz ifadələr istifadə olunur və həmin ifadəni işlədən obrazı yazıçı mənfi obrazda təqdim edir və oxucular da mənfi obraz kimi qəbul edir. Amma Əkrəm Əylislinin Azərbaycan xalqını, türk millətini təhqir edən insanların müsbət qələmə alması ona heç bir vəchlə bəraət qazandıra bilməz”.

Millət vəkili bu cür əsərin Azərbaycanın Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici siyasətinə də təsir edəcəyini bildirib:
“Bu gün Xocalı faciəsinin dünyanın bir çox ölkəsində soyqırım kimi tanınsa da, Əkrəm Əylisli bunlar barəsində bir səhifə də olsa heç nə yazmayıb. Bu gün Qarabağ torpaqlarının işğaldan azad olunması ilə bağlı dövlətimiz çox böyük qüvvə və səy göstərir. Hər birimiz bununla bağlı çalışmalıyıq ki, öz vətəndaşlıq borcumuzu yerinə yetirək. Amma Əkrəm Əylisli öz millətinə qarşı bu cür təhqiramiz, həqarətli ifadələrlə dolu əsər yazıb və bu əsəri böyük bir ölkənin məşhur jurnalında çap etdirib. Yəni bu heç cürə bağışlanılmazıdır. O sırada biri deyil, onun məsuliyyəti və suçu daha çoxdur. Hər bir adamın Allah, millət, ailə, cəmiyyət, dövlət qarşısında məsuliyyəti var və bu məsuliyyət onun tutduğu vəzifəyə görədir. Sıradan bir vətəndaşın millət vəkili ilə məsuliyyəti eyni olmadığı kimi, bir xalq yazıçısının yazıçının da məsuliyyəti eyni deyil. Bu mənada hesab edirəm ki, onun “Drujba narodov” jurnalında çıxan “Daş yuxular” əsəri ilə yazıçının bütün titulları əlindən alınmalıdır. Bu adlar ona xalqına xidmət etdiyinə görə verilib və bu o demək deyil ki, bundan sonra o nə etsə göz yumulmalıdır. O bu əsəri ilə indiyə kimi yazdığı bütün işlərin üstündən xətt çəkdi. Ömrünün son mərhələsində o xalqının ona olan rəğbətini nifrətlə əvəz elədi. İnsan var ki, yaşlandıqca kamilləşir və ya müdrikləşir, elələri də var ki, ağlını itirir və bəzən uşaq kimi olur. Gorünür, O da ikinci mərhələsini yaşayır. Yəni bunu tibb elmi sübut etmişdir. Məncə, damarında türk qanı olan heç bir vətəndaş onu bağışlamaz. Ona verilən bu mükafatlar ona halal deyil. Dəhşətlisi də odur ki, o təkcə Azərbaycan xalqını aşağılamır. O həm də ermənilərin qondarma soyqırımına da rəvac verir, onlara dəstək verir. Bu əsər tamamilə ermənilərə dəstək verən, ermənilərin yeritdiyi anti-türk, anti-Azərbayan siyasətinə dəstək verir. Bunun başqa bir adı yoxdur. Bu əsərin bir cümləsini də oxuyub keçmək mümkün deyil. Hər cümləni oxuyarkən düşünürsən ki, bu adamın nə qanında, nə də genində türk qanı var. İnsan öz dinini dəyişə bilər, amma genetik yaddaşını dəyişə bilməz. Mən bu əsəri oxuduqca düşünürəm ki, Əkrəm Əylisinin səsləndirdiyi fikirlər eynən Sersarkisyan kimi düşündüyü kimidir.  Görünür bütün bunları o mənsub olduğu genetik kodların və qan yaddaşının təsirindən olmuşdur . Özü də qeyd edib ki, onun kəndi vaxtilə erməni kəndi olub. Görünür ki, onun qan yaddaşı oyanıb və bu yaşında özünün məxsus olduğu millətə xidmət etmək qərarına gəlib. Bu əsərin heç bir sətiraltı mənası yoxdur. Yeganə məqsədi Azərbaycan xalqını alçaltmaqdır. Deyəsən bunlar uzun illərdir onun içindəki nifrət imiş. Artıq bu nifrəti gizlədə bilməyib, nəhayət öz arzularını gerçəyə dönüşdürüb”.

Məlahət İbrahimqızı bildirib ki, Ermənistanda zəlzələ baş verməmişdən öncə sonuncu azərbaycanlı belə, oradan deportasiya olunub.
“Özü də necə deportasiya olundu. İşgəncələrə məruz qaldılar, quyularda yandırıldı. Mən hələ Qarabağda olan faciələrdən danışmıram. Mən bir daha qeyd edirəm ki, Əkrəm Əylisi yaradıcı bir insan kimi öz fikirlərini ifadə edə bilər. Amma o suyunu içdiyi, çörəyini yediyi, bütün imtiyazlarından faydalandığı bir dövlətinə qarşı belə bir əsər yazıb, Azərbaycan xalqını, türk dünyasını təhqir etməsi bağışlanmazdır. Hesab edirəm ki, ona verilən bütün adlara o layiq deyil. O bundan sonra nə Xalq yazıçısı, nə “İstiqlal” ordeni mükafatçısı adlandırmaq olar”.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir