Modern.az

İqbal Ağazadə: “Son aksiyalarla bağlı cinayət işləri düzgün aparılmır”

İqbal Ağazadə: “Son aksiyalarla bağlı cinayət işləri düzgün aparılmır”

Parlament

1 Fevral 2013, 12:50

“Binə Ticarət Mərkəzində və İsmayıllı rayonlarındakı aksiyalarla bağlı cinayət işləri düzgün aparılmır”. Modern.az-ın məlumatına görə, bu sözləri bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili İqbal Ağazadə deyib. Deputat ölkənin bir sıra rayonlarında baş qaldırmış sosial aksiyalara öz münasibətini bildirib.

O qeyd edib ki, rayonlarda müşahidə olunan sosial aksiyalarla bağlı, xüsusilə də Binə Ticarət Mərkəzində və İsmayıllı rayonlarındakı aksiyalarla bağlı cinayət işləri düzgün aparılmır, istintaq hadisənin səbəbkarları və nə səbəbdən törədilməsini araşdırmır. Onun sözlərinə görə, İsmayıllı hadisələrinin bir-iki nəfərə görə xuliqanlıq hərəkəti kimi izah etmək düzgün deyil.

“İsmayılı hadisələrini bir-iki nəfər törədib ki, xuliqanlıq adı verilir? 3000-5000 insan meydana çıxırsa və bu qeyri-qanuni də olsa öz münasibətini bildirirsə, bunun səbəbini araşdırmalıdır”.

Millət vəkili bildirib ki, İsmayıllı hadisələrinə həmin şəraiti yaradanlar cəzalandırılmalıdır və bunun üçün də hökumət öz mövqeyini bildirməlidir.

X. Səfəroğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı