Modern.az

Nizami Cəfərov Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb etdi

Nizami Cəfərov Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb etdi

Parlament

1 Fevral 2013, 12:56

Modern.az xəbər verir ki, Milli Məclisin bu günkü yaz sessiyasında çıxış edən deputat Nizami Cəfərov Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb edib. O bildirib ki, “Daş yuxular” əsərilə Əkrəm Əylisli Azərbaycan xalqını təhqir edib.

“Bu təhqirə qarşı kəskin addım atılmalıdır. Əkrəm Əylisli Azərbaycan vətəndaşlığından məhrum edilməlidir. Qoy gedib İrəvanda yaşasın. Sən kimsən ki, xalq adından belə günahı boynuna götürürsən“.

N. Cəfərovun sözlərinə görə, bütün dünya “erməni xəstəliyi”nin olduğunu etiraf etdiyi bir halda, onun Azərbaycan xalqını belə qəddar və xəstə bir cəmiyyət kimi təqdim etməsi üçün heç bir halda şərh və izah da yoxdur.
"Buna görə də Əkrəm Əylisli vətəndaşlıqdan məhrum edilməlidir".

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı