Modern.az

Milli Məclis Gülər Əhmədovanı başqa deputatla əvəz etdi - SİYAHI

Milli Məclis Gülər Əhmədovanı başqa deputatla əvəz etdi - SİYAHI

Parlament

1 Fevral 2013, 13:10

Parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası Milli Məclisi İntizam Komissiyasının yenidən təşkil edilməsi haqqında” qanun müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, Milli Məclisin İntizam Komissiyası yenidən təşkil edilib. Milli Məclisin daxili nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq, İntizam komissiyasın tərkibi də müəyyənləşib.

Beləliklə İntizam Komissiyasında fəaliyyət göstərmiş eks-deputat Gülər Əhmədovanın yerinə başqa deputat seçilib. Qeyd edək ki, Gülər Əhmədova dördünçü çağırış Milli Məclisin İntizam Komissyasının katibi idi.
Bu gün Gülər Əhmədovanın əvəzinə İntizam Komissiyasına millət vəkili Məlahət İbrahimqızı seçilib.

İntizam Komissiyasının sədri Siyavuş Novruzov, üzvləri isə Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı olub.

Xatırladaq ki, MSK 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmiş G.Əhmədovanı məlum videoqalmaqalla bağlı mandatdan məhrum edib.

Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb. Hazırda sabiq deputat polis nəzarətinədir, istintaq gedir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi