Modern.az

Baş nazir Zelenskinin tələblərinə “YOX” dedi

Baş nazir Zelenskinin tələblərinə “YOX” dedi

Dünya

31 Mart 2022, 18:28

Niderlandın Baş naziri Mark Rutte Rusiyaya qarşı qısamüddətli enerji boykotunun tətbiq edilə bilməyəcəyini açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rutte Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bütün ticari əlaqələrin dayandırılması və ölkəsinə daha çox silah yardımı edilməsi tələbinə cavab verib.

 

O, Niderlandın Rusiyaya qarşı sanksiya paketinin misilsiz olduğunu diqqətə çatdırıb: “Ancaq xalqımızı isitməyə davam etmək və əsas sənayelərimizin işləməsini təmin etməyimiz vacibdir. Niderland rus qazından asılılığı mümkün qədər tez aradan qaldırmağa çalışır. Lakin bu uzun zaman tələb edir. Biz maraqlarımızı nəzərə almalıyıq".

 

Rutte, həmçinin Zelenskinin Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün sürətləndirilməsi tələbinin mümkünsüz olduğunu vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə