Modern.az

Prezident Azərbaycanda yeni universitet yaratdı

Prezident Azərbaycanda yeni universitet yaratdı

1 Fevral 2013, 19:10

Prezident İlham Əliyev Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Prezident bu sərəncamı imzalayarkən “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilməsini, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasının təmin olunmasının vacibliyini nəzərə alıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, Universitetinin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutsun;
İnformasiya Texnologiyaları Universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

Təhsil Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etməli və bu sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirməlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir