Modern.az

Akim Bədəlov yeni Dövlət Agentliyinin sədri təyin edildi

Akim Bədəlov yeni Dövlət Agentliyinin sədri təyin edildi

Təhsil

1 Fevral 2013, 19:31

Prezident İlham Əliyev Akim Bədəlovun Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Akim Bədəlov Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri vəzifəsindən azad edilib.

Modern.az-ın məlumatına görə, Akim Bədəlov 1956-cı ildə Naxçıvan səhərində anadan olub. Fizika və riyaziyyat (Geofizika) üzrə fəlsəfə doktorudur. A.Bədəlov Xəzər dənizinin Riyazi Hidro-dinamik Modelinin müəllifidir. O, hidrodinamika, okeanoqrafiya, geofizika və riyaziyyat üzrə iki kitabın və 20-dən yuxarı elmi məqalələrin müəllifidir. Moskva Elmlər Akademiyasının Okeanologiya və Okeanoqrafiya İnstitutunda və sonra isə Azərbaycan Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda işləyib. Son 20 il ərzində "Xəzər" (Kaspi) Elmi və Texnoloji Mərkəzin direktoru və sonra isə Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.
Evlidir, iki oğlu, bir qızı var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı