Modern.az

Elmar Hüseynov ongünlüyünün ilk tədbiri olub

Elmar Hüseynov ongünlüyünün ilk tədbiri olub

1 Mart 2010, 16:27

Martın 1-dən 10-na qədər Azərbaycanda Elmar Hüseynov ongünlüyü keçirilir. Modern.az xəbər verir ki, “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşəbbüsü ilə baş tutan ongünlük çərçivəsində ilk tədbir bu gün keçirilib. Belə ki, ilk olaraq Azərbaycan Media Mərkəzində Elmar Hüseynov Fondunun təsisçiləri tərəfindən anım toplantısı keçirilib.

 

Tədbirdə çıxış edən “Yeni Nəsil” JB-nin sədri Arif Əliyev deyib ki, Elmarın qətlindən 5 il ötsə də, onun qatillərinin tapılması hələki mümkün olmayıb: “Azərbaycanın müstəqillik dövründə həlak olan 10-cu jurnalist oldu. Amma Elmar dinc dövrdə qətlə yetirildi”. A.Əliyev növbəti 10 günü Elmar Hüseynova həsr etmək haqqında qərar verildiyini açıqlayıb. 

Millət vəkili İqbal Ağazadə bildirib ki, jurnalistin qətli Azərbaycanda demokratik proseslərin inkişafına böyük əngəl törətdi. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Elmar Hüseynovun adının əbədiləşdirilməsi üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, vaxtilə onun rəhbərlik etdiyi orqan E.Hüseynova orden verilməsi təklifini irəli sürəndə, bəzi mətbuat orqanları bunu xəyanət kimi qiymətləndirmişdilər. O, jurnalistin qatillərinin tapılmaması ilə bağlı pessimist olmadığını deyib: “Çalışmalıyıq ki, bu prosesi tezləşdirək”.

 

Elmar Hüseynov ongünlüyü çərçivəsində keçiriləcək tədbirlərin siyahısı:

2 mart saat 15.00 - məzarını ziyarət və məzarüstü toplantı;

saat 19.00 -  Elmar Hüseynovun evinin qarşısında şamların yandırılması

 

3 mart saat 15.00 - jurnalistika fakültəsinin tələbələrinin “Öldürülən jurnalistlər haqqında dərs keçirilməlidirmi?” mövzusunda debatı, Media Mərkəzi;

4 mart - RATİ-nin ofisində media vəkillərinin həbsdə olan jurnalistlərin və bloqçuların ailə üzvləri ilə görüşü;

 

5 mart - Media monitorinqinə dair beynəlxalq konfrans, “Landmark”;

 

6 mart - Söz azadlığına dair filmin nümayişi və müzakirəsi;

 

8 mart - “Yeni Nəsil”in informasiya azadlığna dair hazırladığı vərəqələrin təqdimatı və yayılması;

9 mart  - Azərbaycan Media Mərkəzində söz azadlığına dair debat; 10 m

Mart saat 10.00-13.00 - “Azərbaycanda informasiya azadlığı və məlumat əldə etmək hüququ” mpvzuunda beynəlxalq konfrans, “Respublika Lüks” oteli. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı