Modern.az

ABŞ-da bir ştatın Senatı Xocalı soyqırımına dair qətnamə qəbul edib

ABŞ-da bir ştatın Senatı Xocalı soyqırımına dair qətnamə qəbul edib

2 Fevral 2013, 01:42

ABŞ-ın Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatası Xocalı soyqırımına dair qətnamə qəbul edib. Azərbaycan XİN-in məlumatına görə, yekdilliklə qəbul edilmiş qətnamədə 1988-ci ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsi və 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən 600-dən artıq azərbaycanlının, o cümlədən uşaq, qadın və yaşlıların xüsusi amansızlıqla qətlə yetirildiyi və 1200-dən artıq insanın əsir götürüldüyü qeyd olunur.  

Beynəlxalq təşkilatların hesabatlarında, ABŞ-ın və dünyanın bir sıra xəbər agentliklərinin Xocalı soyqırımını işıqlandırdığı, dünyanın müxtəlif dövlətləri tərəfindən soyqırımın pisləndiyi göstərilir.  

Qətnamədə həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin bu günə kimi davam etdiyi, Azərbaycan ərazilərinin 20%-nın, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal olunduğu vurğulanır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən müvafiq qətnamələrin qəbul edildiyi göstərilir.  

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir