Modern.az

Deputat Gənclər günündə mükafat aldı

Deputat Gənclər günündə mükafat aldı

Təhsil

2 Fevral 2013, 09:17

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Gənclər Günündə gənclər arasında vətənpərvərlik ruhunun təbliğatında oynadıqları rola görə millət vəkili Qənirə Paşayevanı və bir sıra tanınmış şəxsi mükafatlandırıb.

"Vətənpərvər gənc"adlı mükafat millət vəkili Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva, tanınmış modelyer Fəxriyyə Xələfova, Cabir Murtuzov, İlkin Ağayev, Aidə İmamova, Fərid Şahbazlı, Hüseyn Cavadzadə, Ələddin Əliyev, Ülkər Qasımov və Nürəddin Mehdiyevə 2 fevral Gənclər Günü ilə bağlı  “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi tərəfindən “Müasir gənclik və milli şüur” mövzusunda  Atatürk Mərkəzində təşkil olunmuş dəyirmi masada təqdim olunub.

Türkiyə və Azərbaycan universitetlərində təhsil alan tələbə və məzunların iştirak etdikləri “dəyirmi masa”da TUMİB-in sədri Çingiz Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Vüqar Səlimov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar