Modern.az

Zahid Oruc: “Hərbi qulluqçuların əməkhaqqısının endirilməsi məsələsi araşdırılmalıdır”

Zahid Oruc: “Hərbi qulluqçuların əməkhaqqısının endirilməsi məsələsi araşdırılmalıdır”

2 Fevral 2013, 11:11

“Cəbhə xəttində olan hərbi qulluqçuların əmək haqlarının keçmişdə onun 3 qat olması və sonrakı hansı prosedur üzrə iki dəfəyə endirilməsinin qanuni mexanizmlərini hüquqi cəhətdən araşdırmaq gərəkdir”.
Bu sözləri Modern.az-a açıqlmasında Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvi, millət vəkili Zahid Oruc deyib. O qeyd edib ki, faktiki şəraitdə hərbi qulluqçuların maaşı ikiqat sistemlə hesablanır və qeyd olunduğu kimi qanunvericiliklə tənzimlənir.

  “Mənim bu yerdə münsif olmağım çox çətindir. Düşünmürəm ki, bu sadəcə bir nazirliyin qərarı ilə baş verib. Heç şübhəsiz ki, burada hökumətin mövqeyi olub və hansısa bir daxili sənədlərlə tənzimlənib. Çünki bu öz-özlüyündə kifayət qədər böyük vəsait edir və bir kimsənin buna əl qoyması, fərdi və özəl niyyətlərlə bunu yayındırması qeyri-mümkündür. Hərbi qulluqçular, o dövr xidmət edən insanlar başqa mövqeyə malikdirlərsə, onun da məhkəmə yolunu güman ki tapacaqlar və bu məsələyə daha ciddi aydınlıq gələcəkdir”.

Z. Oruc bildirib ki, keçmiş dövrə baxmaq lazımdır ki, bu məhz hansısa bir qanunun predmeti olub, yoxsa hökumətin müəyyənləşdirdiyi qaydaların içərisində yer alıb. “Bunu açıq hazırkı məqamda söyləmək mənə çox çətindir. Yalnız onu deyə bilərəm ki, Azərbaycan dövləti məhz o qulluqçuların fəaliyyətini, xidmətini, çətin şəraitini qiymətləndirmək mənasında o cür addım atıb. İndi bu məsələni aydınlaşdırmaq istəyi bütövlükdə ordu, ortadakı çalışma, insanların fəaliyyətinə bir müəyyənlik gətirəcəksə, çox yaxşı. burada bir əlahiddə fövqəladə pis məqam görmürəm”.  

Qeyd edək ki, bir müddət öncə “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli bildirmişdi ki, cəbhə xəttində olan hərbi qulluqçuların əmək haqlarında qeyri-qanuni pozuntulara yol verilib. O, qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun “Pul təminatı və maddi təminat” maddəsinə əsasən döyüş bölgəsində xidmət edən hərbi qulluqçulara 1992-ci ilin yanvarından 1998-ci ilin iyulun 1-dək hərbçilərə 3 qat əmək haqqı verilib. Qanun qüvvədə olmasına baxmayaraq, 1998-ci ildən müdafiə nazirinin həmin ilin iyun ayında imzaladığı əmrə əsasən, hərbçilərə 2 qat əmək haqq verilməyə başlanıb. Yalnız 2005-ci ildə Müdafiə Nazirliyinin təşəbbüsü əsasında qanuna düzəliş olunub və “3 qat maaş hesablanılır” ifadəsi dəyişdirilərək “iki qat hesablanır” sözü ilə əvəzlənib.

 

 

Aytən Əliyeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir