Modern.az

Ən bərbad xətti olan 10 məşhur şəxsiyyət – SİYAHI

Ən bərbad xətti olan 10 məşhur şəxsiyyət – SİYAHI

2 Fevral 2013, 11:57

Psixoloqlar iddia edirlər ki, insanın xarakterini onun xəttindən bilmək olar. Modern.az bu mövzuda araşdırma aparıb. 

Belə ki, “onluq”un 10-cu pilləsində məşhur rəssam Leonardo Da Vinci durur. Psixologiyada mövcud olan mükəmməl “Leonardo xətti” termini rəssamın adı  ilə bağlıdır. Da Vinci öz yazılarını açılması çox çətin görünən kodlara bənzər xətlə yazırdı.   

9-cu pillədə görkəmli sərkərdə Napoleon Bonapartdır. Napoleon bütün həyatı boyunca yazı xəttini dəyişdirib. Ona aid olan 7-yə yaxın xətt növü aşkarlanıb. İldən-ilə Napoleonun xətti dahada qəlizləşirdi. Bu arada Napolen Bonapart “Klisson və Yevgeniya” adlı roman da yazıb.

8-ci yerə Aleksandr Puşkinin xətti “sürətli yazı” adlandırılırdı. Dahi şairin bu xətti ilə nə lisey illərindəki müəllimləri, nə də onunla eyni vaxtda yaşayan həmyaşıdları razı qalırdılar.   

7-də qərarlaşan dünya şöhrətli türkoloq Nikolay Qumilyovun   da çox xırda və qarmaqarışıq xətti var idi. 

6-cı pilləni “Şərqin “fransız dili” Azərbaycan dilidir” sözlərinin müəllifi, Qafqaza vurğun olan məşhur rus şairi Mixail Lermontov tutur. Onun   da xətti tez-tez dəyişirdi. O, hətta düzgün və gözəl xətlə yazmağa çalışsa belə, yenə də hərfləri ya sətirdən yuxarı çıxarırdı, ya aşaqı salırdı. Qrafologiya kitablarının birində Lermontovun xətti kimi xətt əsəbləri gərgin olan şəxsiyyətlərin xətti kimi göstərilir. 

5-ci yeri dünya şöhrətli bəstəkar Bethovendir. Onun   “9-cu simfoniyasının” əlyazması  ancaq və ancaq yazılandan 2 il sonra çap edilib. Məsələ ondadır ki, Bethovenin sevimli yazı köçürəni rəhmətə getdiyindən onun iki şagirdi çox çətinliklə ancaq 2 ilə simfoniyaların əlyazmasını köçürə bilir. 

4-cü yerdə İngiltərənin baş naziri Cörçil gəlir. Onun sənədləri baş nazirin xırda və qarmaqarışıq xəttinə öyrəşməmiş insanlar üçün oxunmazdır. Hətta Çörçilə bir dəfə deyəndə ki, onun xətti Kleopatranın xəttinə bənzəyir, o, bu sözdən böyük fərəh hissi keçirib. 

“Onluq”un 3-cü pilləsində Karl Marks dayanır. Kommunizm kabusunun mənəvi atası Karl Marksın da əlyazmalarını oxumaq çox çətindir. Marksın sözləri bitişik yazma adəti var idi.   

2-ci yeri isə dahi Albert Enşteyn   tutur. Enşteyn nəinki qarmaqarışıq, hətta çox pinti yazırdı. Bəzən onun yazdığı vərəqlərdə mürəkkəbə  bulanmış barmaqlarının izi də olurdu. 

Və dünyanın ən bərbad xətti olan 10 tanınmış şəxsiyyəti arasında 1-ci yeri dahi rus yazıçısı  Lev Tolstoy tutur. Tolstoyun onsuz da qarmaqarışıq və aydın olmayan xəttini qoyduğu şərti işarələr daha da qəlizləşdirirdi. Onun xəttindən ancaq həyat yoldaşının başı çıxırdı. Elə buna görə də o məşhur “Hərb və Sülh” romanını köçürməyə məcbur olmuşdu. Lev Tolstoyun xəttinə baxan məşhur psixoloq Çezar Lömbrozo deyib ki,  bu xətt psixopatik problemləri olan yüngül xasiyyətli qadına məxsusdur.

Günəş FƏRHADLI 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir