Modern.az

Azərbaycanda 13 yaşlı oğlan “Mercedes”lə qəza törədib

Azərbaycanda 13 yaşlı oğlan “Mercedes”lə qəza törədib

Təhsil

2 Fevral 2013, 12:02

Fövqəladə Hallar Nazirliyi (FHN) 13 yaşlı sürücü-oğlanın törətdiyi yol qəzası barədə rəsmi məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində 2000-ci il təvəllüdlü Elxan Elşən oğlu Abdulovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü hadisə yerində ölüb, 1 nəfər sərnişin xəsarətlərlə yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış E.Abdulovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir