Modern.az

Zərdüşt Əlizadə: “Üçüncü qüvvə” anlayışından nadanlar istifadə edir”

Zərdüşt Əlizadə: “Üçüncü qüvvə” anlayışından nadanlar istifadə edir”

2 Fevral 2013, 13:00

Azərbaycan mediasında işlədilən “üçüncü qüvvə” anlayışı içi boş qozdur”. Bunu Modern.az-a politoloq Zərdüşt Əlizadə deyib. O, “üçüncü qüvvə” anlayışı altında nəzərdə tutulan xarici ölkənin mücərrədliyini vurğulayıb.

Z.Əlizadə medianı ciddi şəkildə tənqid edib. Onun sözlərinə görə, Azərbaycan mediasındakı bu ifadələrin yersiz işlədilməsi nadanlıqdan irəli gəlir.
“Azərbaycan mediasındakı şəxslərin çoxu öz üzərində işləmir. Təbii ki, Azərbaycanda baş verən hadisələrdə hər hansı ölkələrin təsirini istisna etmək olmaz. Amma bunun sübutu olmalıdır ki, yazasan. Əgər dəlil yoxdursa, sadəcə söz xətrinə deyilirsə, bu, boş-boş danışmaqdan başqa şey deyil”. 

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır