Modern.az

Nazirlik rəsmisi: “Ruslar taxılı bahalaşdırsalar da, bizim onlara ehtiyacımız yoxdur”

Nazirlik rəsmisi: “Ruslar taxılı bahalaşdırsalar da, bizim onlara ehtiyacımız yoxdur”

2 Fevral 2013, 13:30

“Azərbaycanda kifayət qədər taxıl var”

Rusiyanın kənd təsərrüfatı nazirinin müavini İlya Şestakov mətbuata açıqlamasında bildirib ki, cari ilin birinci yarısından taxıl bir qədər də bahalaşacaq. Ölkəmiz taxıla olan tələbatının bir hissəsini xaricdən gətirmək yolu ilə ödənildiyini nəzərə alsaq, onda qonşu Rusiya taxılın bahalaşması Azərbaycana da təsirsiz ötüşməyəcək.

“Rusiyada ixrac taxılının bahalaşması tendensiyasının Azərbaycana hər hansı bir aidiyyatı olmayacaq” Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın əsas buğda idxalatçısı Qazaxıstandır. Rusiyadan isə çox cüzi miqdarda taxıl gətirilir ölkəyə. Odur ki, Rusiyada taxılın bahalaşması Azərbaycana heç bir təsiri olmayacaq:

“Ümumiyyətlə, indilikdə taxılı heç də Rusiyadan almırıq. Tələbatımızı Qazaxıstandan alınan buğda hesabına ödəyirik. Ayrı-ayrı şirkətlərimiz Qazaxıstanla bu sahədə sıx əlaqələr qurub. Rusiya rəsmilərinin ixrac taxılının bahalaşa biləcəyi ilə dedikləri açıqlamaların Azərbaycana hər hansı bir dəxli yoxdur. Bu bahalaşma birinci növbədə Rusiyanın özünə ziyan edəcək. Çünki bu halda onun müştəriləri azalacaq. Azərbaycanda isə kifayət qədər taxıl var. Ona görə də Rusiyadan hazırda taxıl almağa belə ehtiyac görmürəm”.

Şöbə müdirinin sözlərinə görə, keçən il 40 min hektar artıq taxıl əkilib. Cari ildə isə 2,8 milyon ton taxıl gözlənilir. Ona görə də idxal taxılına elə də ciddi ehtiyacımız yoxdur. Taxıl ehtiyatının bol olması fonunda Rusiyada onun bahalaşmasının ölkəmizə hər hansı bir mənfi təsiri gözlənilmir. Sabir Vəliyev onu da bildirdi ki, bu il 2 milyon 850 min ton taxıl istehsalı gözlənilir. Onun sözlərinə görə, xaricdən isə 900.000 tona yaxın buğda gətirilib. Ona görə də Rusiyadan gəlməsə belə, heç bir problem yaranmayacaq.

Millət vəkili Əli Məsimli isə dedi ki, hazırda Azərbaycanda həm yerli istehsal, həm də əvvəlik qiymətlərlə gətirilmiş xeyli buğda və un ehtiyatı var. Ona görə də indi Rusiyada buğdanın qiymətinin qalxması Azərbaycanda həmin məhsulun qiymətinə təsir etməməlidir. Millət vəkilinin sözlərinə görə, son illərin təcrübəsi göstərir ki, Azərbaycanın buğda idxalçılarından biri də Rusiya olduğundan, orada qiymət artan kimi, idxalçılar Azərbaycanda da qiymətin artırılmasına ən azı cəhd göstərirlər:

“Bunun nə ilə sonunclanacağı müvafiq dövlət qurumlarının münasibətindən asılı olacaq. Amma istənilən halda Azərbaycanda buğdanın qiymətinin nəzərəçarpan dərəcədə artırılmasının iqtisadi əsası yoxdur və buna gedilməməlidir”.

 

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi