Modern.az

Rəsulzadə “Əsərləri”nin IV cildi nəşr edildi

Rəsulzadə “Əsərləri”nin IV cildi nəşr edildi

2 Fevral 2013, 14:00

Professor Şirməmməd Hüseynovun tərtib etdiyi Məmməd Əmin Rəsulzadə əsərlərinin IV cildi “Qanun” nəşriyyatında nəşr olunub. Oxuculara təqdim olunan “Əsərlər”in IV bu cildində Xalq Cümhuriyyətinin yaradılmasına başçılıq etmiş, XX yüzilliyin görkəmli ictimai-siyasi və dövlət xadimlərindən olan M.Ə. Rəsulzadənin 1917-ci ilin yanvar-1918-ci ilin aprelinə qədərki mürəkkəb və gərgin, işıqlı və faciəli dövründə qələmə aldığı yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edilib.

IV cilddəki əsərlər də Azərbaycan, Qafqaz və Rusiya, bütövlükdə I Dünya müharibəsi dövrünün tarixi ilə, Rusiyada milli azadlıq hərəkatı təcrübəsi ilə maraqlananlar üçün faydalı vəsaitdir.

  Elmin NURİ  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır