Modern.az

Ukrayna və Rusiya razılaşmaya yaxındır - ZELENSKİ

Ukrayna və Rusiya razılaşmaya yaxındır - ZELENSKİ

Dünya

3 Aprel 2022, 22:02

Kiyev və Moskvanın nümayəndələri Ukraynanın nüvəsiz, bloklardan kənar və neytral statusunu nəzərdə tutan razılaşmaya yaxındır.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.

 

“Hesab edirik ki, tərəflər razılaşmaya nail olmağa çox yaxındır”, - deyən Zelenski bildirib ki, mümkün razılaşma ölkələrin rəhbərləri səviyyəsində təsdiq olunmalıdır.

 

Prezident, həmçinin vurğulayıb ki, Ukrayna nüvəsiz, bloklardan kənar və neytral statusu qəbul edəcək, eyni zamanda Avropa İttifaqının üzvü olacaq:

 

“Razılaşmanın əsas hissəsi təhlükəsizlik zəmanətidir. Təhlükəsizlik zəmanəti bizim ölkəni dəstəkləyəcək dövlətlər dairəsinin mövcudluğunu nəzərdə tutur. Rusiya tərəfdən təcavüz olduğu təqdirdə, bu ölkələrin liderləri Ukraynaya müxtəlif yollarla kömək edəcəklər”.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə