Modern.az

Hüseybala Mirələmov Əkrəm Əylislinin romanı haqda Modern.az-a yazdı

Hüseybala Mirələmov Əkrəm Əylislinin romanı haqda Modern.az-a yazdı

Parlament

5 Fevral 2013, 20:25

Milli Məclisin deputatı Hüseynbala Mirələmov Xalq yazıçısı Əkrəm Əylıislinin “Daş yuxular” romanı barədə yazıdığı məqaləni Modern.az saytına təqdim edib. Deputatın həmin yazısını diqqətinizə çatdırırıq.

Millətə və dövlətə xəyanət

Bu gün qloballaşma adı ilə dünyanı cənginə almış ən böyük proses müsbət - bəşəri cəhətlərlə bərabər həm də böyük mədəniyyətə malik qədim xalqlar üçün ciddi problemlər yaradıb. Sərhədsiz dünyada mədəniyyətlərin inteqrasiyası-yovuşması müsbət cəhətlərlə bərabər eyni zamanda narahatlıqlar da ortaya çıxarıb.

İmperialist dövlətlər qloballaşmadan yeni dünya sahmanı (daha doğrusu yeni manapoliyalar!) yaratmaq üçün istifadə edir, milli mədənniyyətləri isə simasızlaşmağa sürükləyir.

Avropada dərin iqtisadi böhlanlar, şərqdə demokratik cəmiyyət adı altında lokal müharibələr, istər istəməz milli mədəniyyətlərin müqavimət gücünü dağıtmağı problem olaraq gündəmə gətirir. Şərqdə müsəlman mədəniyyət mərkəzləri dağıdılır, postmodernist yanaşmalar ədəbiyyatda milli ideyanı, milli xarakteri öldürür. Ümumi insan, şablon insan, "bəşəri insan" ideyası sənətkar şəxsiyyətini deqredasiyaya uğradır. Və başlıcası; beynəlxalq Nobel mükafatı almağa can atan yazıçılar, güya bəşəri dəyərlər naminə milli mentaliteti, milli dəyərləri, ənənələri öldürən, əvəzinə manqurtluğu, simitizmi təbliğ edən əsərlər yazmağa meyl edirlər. Belə yazıçılar adətən qaranlıq nigahlardan doğulan, qanı qarışıq adamlar içərisindən çıxır. Sovet dövründə "sovet xalqı" ideyasının yayılması ilə əlaqədar biz də adamların, sənətkarların xislətinə fikir verməmişik. Türk-müsəlman xalqlarının düşmənləri hətta dövlətçilik səviyyəsidə böyük millətlər arasında nifaq salan bəzi toplumlara xüsusi önəm vermiş, «Parçala və hökm sür!» siyasətini həyata keçirmək üçün onlardan bir vasitə kimi istifadə etmişlər.

Zaman-zaman özünün «cığal» əməlləri ilə ortaya çıxmış, «Şöhrət» və «İstiqlal» ordenli, xalq yazıçısı, Prezident təqaüdçüsü Əkrəm Əylisli Moskvada çıxan «Drujba narodov» jurnalında (2012, №12) «Kamennıe snı» («Daş yuxular») yazısını çap etdirib (Yazı rus dilində olduğu üçün misallar bu dildə veriləcək - H.M). Müəllif bu yazını «Roman-rekviyem» adlandırıb. Bu roman rekviyem olmağına rekviyemdir -Ordubad rayonunun Əkrəmin doğulduğu Əylis kəndində ölmüş ermənilərə rekviyem - ağı kimi düşünülüb. Ancaq miniatür povestdən də kiçik bu bu publisistik oçerki heç vəchlə roman adlandırmaq olmaz. Nə həcminə, nə həyat həqiqətini əhatə imkanlarına, nə obrazlar sisteminə, nə də poetikasına görə o, nəinki roman, heç miniatür roman da deyil.

XX əsr Azərbaycan ədəbiyyatında yeni mərhələ olan 60-cı illər nəslinin (və nəsrinin) istedadlı yaradıcılarından olan Ə.Əylisli əsasən hekayə və povestlər müəllifi kimi tanınıb. Öz orijinal üslubu, dilə həssas münasibəti ilə seçilən yazıçı «Adamlar və ağaclar» trilogiyası ilə tanınıb…

Ahıl yaşında (75 yaşında) «Kamennıe snı» («Daş yuxular») oçerk-rekviyemini çap etdirənə qədər də Əkrəm Əylisli ara-sıra öz optimist-ermənipərəst xislətini büruzə verirdi.

XX əsrin 70-ci illərində həlləm-qəlləm yazılarına və dövlət əlehinə hətərəm-pətərəm danışıqlarına görə ədəbi-ictimai mühitdə vəziyyəti kəskinləşəndə o, Zaqulbadakı gənclik mərkəzində ədəbi tədbirlərin birində həyasızcasına yaltaqlıq nümayiş etdirib böyük insan, yazıçıların dostu, ədəbiyyat və mədəniyyət hamisi Heydər Əliyevin boynuna sarıldı və bağışlandı. Nəinki bağışlandı, sonralar xalq yazıçısı, «Şöhrət» və «İstiqlal» ordenləri ilə mükafatlandırıldı. Bəs Ə.Əylisli nə etdi?! XX əsrin 80-cı illlərinin sonunda azərbaycanlıların əbədi torpaqlarından - Qərbi Azərbaycandan qovulmasına, ermənilərin Qarabağdan torpaq iddialarına cavab olaraq xalq azadlıq təşnəsi ilə meydanlarda can vuruşdurduğu bir vaxt Ə.Əylisli elə həmin «Drujba narodov» jurnalına müsahibə verərək öz xalqını «neçist» adlandırdı. «Ağ dərə» povestində erməni dığasının azərbaycanlı qızın namusuna necə təcavüz etdiyini öz xislətinə xas məmnunluq ehtirası ilə təsvir edərək bizi alçaltdı. «Gilənar çiçəyinə dediklərim» povestində onun Azərbaycan qadınlarına rəva gördükləri isə artıq təəccüblü deyildi. Çünki əqidəsi erməni əqidəsi olan, damarlarında kim bilir, bəlkə də xristian qanı axan yazıçıdan bundan artıq bir şey də gözləmək olmazdı.

Ədəbiyyatın vəzifəsi mənəvi təmizlik və əxlaqi saflığı tərənnüm etməkdir. Böyük fransız maarifçi, filosofu J.J.Russo yazır: «O şey ki, əxlaqi cəhətdən məqbul deyil, o, heç bir babətdən məqbul sayıla bilməz». Əkrəmin əsərlərində məhz əxlaq çatışmır, mənəvi rəzalət hakimdir. Onda şəxsiyyət əxlaqının olmadığı bəllidir. Bəlkə də bu faciə deyil. Faciə burasındadır ki, Əkrəmin nə özündə, nə də yaradıcılığında milli əxlaq, vətən əxlaqı yoxdur. Yoxdur ona görə ki, Ə.Əylislinin milliyəti və vətəni bəlli deyil.

«Kamennıe snı»nın («Daş yuxular»ın) ön yazısında deyilir: «Роман-реквием Акрама Айлисли «Каменные сны» - не просто художественный текст, это исключительно смелый поступок писателя - истинного патриота, ради чести и достоинства своего народа не страшащегося говорить горькую правду. Сказанное соотечественником, в чьей любви к отчизне никто не усомнится, она особенно нужна и полезна. Полезна всем - русским, армянам, грузинам, сербам и албанцам, арабам и израильтянам - всем, мучительно ищущим общий язык».

Bu, həqiqətən, bədii mətn deyil, bir yazıçının öz xalqına qarşı yazdığı cəfəngiyyatdır, böhtandır. Qeyd olunan sırada 20 ildən artıq erməni işğalına məruz qalmış xalqın adı yoxdur, çünki qələm düşmən əlində olub.

 «Kamennıe snı» («Daş yuxular») 75 yaşlı Əkrəm Əylislinin ahıl çağında etdiyi acı etirafdır: o, erməni xislətini etiraf edir. Bu psixoloji oçerk Əylis kəndinin ta qədimdən, bu günün özünəcən erməni kəndi olduğu Əylisli tərəfindən etirafıdır. Bu yazıda roman janrı üçün spesifik olan hadisə yoxdur.

Bir ermənini döyülməkdən xilas etmək istərkən özü də döyülən məhşur aktyor Saday Sadıqlı əhvalat yerinə təsadüfən gəlmiş aktyor dostu Nuvariş Qarabağlı tərəfindən xəstəxanaya gətirilir və Moskvada ailəsi dağılıb Bakıya gəlmiş hümanist professor-cərrah Fərid Fərzani tərəfindən əməliyyat olunur. Əkrəmin yazısı insult yataq xəstəsinin xatirə və yuxuları, dostunun, teatrın direktorunun, arvadının və qaynanasının xatirə və mülahizələrindən ibarətdir. Xəstəni gətirən aktyor Nuvariş Qarabağlı deyir:

 «Доктор, родной мой, доктор… убили. Такого человека, средь бела дня, избили, уничтожили. Это все еразы, доктор, еразы. Пять-шесть парней -еразов… Эти  сукины дети, беженцы, совсем не уважают людей, доктор, дорогой мой».

Azərbaycan xalqına nifrət ruhunda qələmə alınmış bu əsərin qayəsi millətin daxilində nifaq salmaqdan ibarətdir. Əkrəm millətə «yeraz» adı qoyur, Əylislilərdən-ermənilərdən başqa yerdə qalanları nifrətlə təsvir edir.

Əkrəmin qəhrəmanlarından - Saday Sadıqlı da, onun məşhur professor-psixiator qayınatası Zülfi Abasəliyev də Əylislidir:

«В своё время, говорят, там жило много армян. Их семь или восемь церквей вроде бы до сих пор стоят. Видно те армяне были очень умными, хорошими людьми…» Он (Садай Садыглы - Щ.М.) говорит: «а не армяне, а мы сами плохие…» Доктор Абасалиев сильно хвалит тех армян. «Таких, - говорит, - культурных, честных, трудолюбивых людей больше нет нигде в мире». Я часто слышал их разговоры. Когда тесть с зятем говорят об Айлисе, прямо хочется поехать туда и умереть там".

Bu torpaqlarının beşdə biri işğal olunmuş, bir milyon adamı yurd-yuvalarından didərgin salınmış, yüzlərlə qocası və uşağı vəhşicəsinə qətlə yetirilmiş, qızları əsir düşməmək üçün özünü çayda boğmuş, qayadan atmış, hələ də ermənilərin tövlələrində donuzlarla birlikdə yaşayan gəlinlərinin taleyi naməlum bir xalqın yazıçısının təqdimatıdır. Erməni qanı daşımadan erməniyə belə rəğbət və məhəbbət bəsləmək olmaz. Halbuki ermənilər haqqında belə deyiblər: «Mən ermənilərin sakin olduğu bir çox yeri gəzmişəm. Daima xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir» (M.Nalbandyan); «Sən qorxaqsan, sən köləsən, sən ermənisən» (A.S.Puşkin); «Ermənidir yer üzünün əhriməni, insanlığın düşmənidir, düşməni» (Sədi Şirazi); «Erməni qul və kənizləri… habelə Hindistanın məbədlərində xidmət edən dini rəqqasələr ilk fahişələrdir» (F.Engels).

Ə.Əylislinin «romanı» sabit Azərbaycan siyasi mühitində bir detanator vəzifəsini icra edir. Necə deyərlər, o bir ağaca çıxıb min budağı silkələyir. Vətən əxlaqı məcrasında, bir torpaq üstündə yaşayan Azərbaycan xalqını etnik mənşəyinə görə ayrmaqla erməni dəyirmanına su calayır:

«Особенно поражён был доктор жестокостью мусульманского населения города к армянам, возможно, потому, что  подобной жестокости со стороны армян он никогда не видел.

- А Шейх тоже нахичеванец? - задумчиво спросил доктор, явно озабоченный и подавленный. Вопрос удивил артиста.

- Да нет, откуда? Шейх ленкоранец, талыш. И человек вроде бы хороший, мягкий… А вы  сами, доктор, откуда  родом будите? Фамилия у вас кажется иранская.

- Я и есть иранец.- Мой отец однажды сглупил и привез меня сюда. А я сам сглупил еще хуже, из Москвы сюда приехал.

Əkrəmin yaxşı qəhrəmanı, cərrah-travmotoloq Fərid Fərzani belə düşünür. Cənubi Azərbaycanda ata-baba torpaqlarında yaşayan 35 milyon azərbaycanlıya iranlı adı verməklə «xalq yazıçısı» görəsən daha kimlərə xidmət göstərmək istəyir?! Azərbaycanlının öz vətəninə gəlməsi nə vaxtdan axmaqlıq sayılır?

Azərbaycanın dini rəhbəri, bütün Qafqazın şeyxi Şeyxülislam Allahşükür Paşazadə 2001-ci ildə «Etimad» qəzeti tərəfindən təhqir olunanda Ulu Öndər, prezident Heydər Əliyev böyük bir bəyanatla çıxış edib demişdi: «Azərbaycan prezidentinə müraciət edirlər ki, Azərbaycanın dini rəhbəri Şeyxülislamı təhqir edən qəzet cəzalansın. Mən bütün bu fikirlərlə razıyam… Mən belə yazıların müəlliflərinin hərəkətlərini Azərbaycanın mənəviyyatına, Azərbaycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm.

Azərbaycanın prezidenti kimi mən bu barədə qəti fikrimi bildirirəm. Bir də bəyan edirəm ki, biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik və edəcəyik də. Ancaq Azərbaycanın mili-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın mili mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır…» Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. (B.,2002, s 186-194)

Bu baxımdan Ə.Əylislinin «əsəri» mili mənliyimizi, mili mənəviyyatımızı təhqir edən, tariximizi saxtalaşdıran, Azərbaycan-Ermənistan müharibəsində erməni işğalına bəraət qazandıran, bütövlükdə millətə və dövlətə xəyanəti əks etdirən olduqca ziyanlı bir qələm ifrazatı kimi dəyərləndirilə bilər.

İstər istəməz düşünürsən: 75 yaşlı bir yazıçının bu «əsəri» ortaya qoymasını necə qiymətləndirmək olar? Xislətin peyda olması, yoxsa ağlın azalması?! Gəlin Əkrəmin bioqrafik cizgilərini əks etdirən əsas qəhrəmanı dinləyək:

«Желание отправиться в Эчмиадзин, чтобы с благословения самого католикоса принять христианство, навсегда остаться там монахом и молить Бога простить мусульманам зло, которое они совершили над армянами, неожиданно возникло в душе Садая Садытлы в одну из ночей после событий в Сумгаите».

Beləliklə də, Ə.Əylisli bizi etmədiyimiz cinayətdə suçlayır, həqiqətdən qorxaraq böhtana güc verir. İxtisasca həkim olan arvadı, məşhur psixiatr-professor Abasəliyevin qızı Azadə əri Saday Sadıxlı haqqında deyir:

«Он болезненно переживает судьбу каждого бакинского армянина, как будто он обязан беречь их от всякого посягательства. Любой армянин стал для него дороже него самого».

Ə.Əylisli Əylis ermənilərini xüsusi bir cins hesab edir. Mirzəli kişinin Vanq kilsəsini anbara çevirməsini xüsusi nifrətlə təsvir edərək, səhərlər və axşamlar bu kilsənin künbəzinə düşən işığı «Allahın təbəssümü» adlandırır. Əksinə müsəlman adət ənənələrindən danışarkən islam Peyğənbərini ironiya ilə dilə gətirir. Məşhur aktyor Saday Sadıqlı Nardaranda kiçik toy məclisində çıxışını belə təsvir edir:

«И в самый разгар застолья дают слово Садаю Садытлы, как уважаемому гостю. А на него опять, что то находит. Начинает издеваться над обрядом. Потом вообще разошелся, прости меня Господи, стал задевать самого Пророка. «Неужели, говорит, ваш Пророк умней Бога? Если б в теле человека было что-то лишнее, разве Бог не был слеп, чтобы не увидеть этого? Как же это получается, что Господь не ошибся, создавая лицо, глаза, нос, уши, и все сделал правильно, а как дошло, чёрт возьми, до этого места, вдруг взял да и ошибся как школьник? Да кто велел вашему Пророку исправлять ошибку Бога?»

Ə.Əylisli Əylisi xüsusi bir nastolji ilə təsvir edir. Ermənicə «monastr» mənasını ifadə edən Vanq kilsəsini, əslində mənası Astvasadun (ermənicə «Allahın evi») olan İstazın kilsəsini xüsusi məhəbbətlə təsvir edir, doktor Abasəliyev.

Əylis ermənilərinin Məkkəsi və Mədinəsi olmuş 12 kilsənin qalıqlarını axtarır. Məlum olur ki, Əylis müsəlmanları zəbt etdikləri erməni evlərində yaşayırlar; pesmis Qulu da, Mırıq Müzəffər də, ətçi Məmmədağa da, Nübar arvad da, Zəhra qarı da… Elə buna görə də «В каждой айлисской семье… захватившей армянский дом, есть психические больные… Я думаю это не болезнь даже, а кара. Кара, ниспосланная Богом, за его непростительное поведение».

Əkrəmə görə Əylisdə ermənilərə zorakılıq tətbiq etməklə öz şəraitini yaxşılaşdıran heç kəs bu vaxtadək rahatlıq tapmamışdır. Və onun nifrətlə təsvir etdiyi ən amansız hadisə türk komandanı Atif bəyin Əylisdə erməniləri qırması imiş. Türkiyəyə və türklərə nifrət yaratmaq üçün yazıçı yazır:

«Вода во всех арыках целую неделю была красная от крови».

«Əsər» Əylisin tarixini danışan həkim-psixiatr Abasəliyev «Əylis - Allahın min adından biridir» qənaitənə gəlir. Abbasəliyevin kimliyi onun Əylisdəki qonşusunun bağından tapılmış çənə sümüyünə bağlanmış yazıdan məlum olur:

«Это Я - поп Мкртыч, родной брат армянского шпиона Зульфи Абасалиева».
Sən demə Əylisdə iki ləyaqətli qadın var: biri yetim Camalın bit batmış başını yuyan humanist Haykanuş, biri də Türkiyədə təhsil almış Mirzə Vahaba ərə gedib müsəlmanlığı qəbul etmiş Aniko, əylislilərin təbirincə Anık. Qalanlar isə axsaq Çimnazlardan, Cinni Səkinələrdən ibarətdir. Yəni Əylisdə ermənilərdən başqa bir nəfər də normal adam yox imiş. Aniko ermənilərin qırğına verildiyi evdə yaşayır və hər öldürülən erməninin əvəzinə bir gül əkir, bu «məğrur qadın»ı Əkrəm Əylisli yaddaşlarda belə saxlayır:

«В памяти Садая Анико оставалась не только, как прекрасный человек и женщина, но и как какой-то особый весёлый голос, вобравший в себя весь Айлис - с его домами, церквями, горами, дорогами, деревьями, ручьями и родниками - звонкий вестник наступающего утра. Потому, что просыпалась Анико всегда на рассвете и громко распевала на своей высокой веранде, словно хотела возвестить всем Айлиским мусульманам, что в Айлисе еще живет и звучит армянский голос… Это, вне всякого сомнения, был, доносящийся из глубины веков, голос истиной хозяйки Айлиса!»

Bu sətirləri oxuyur və düşünürəm: əcəba ermənilərə bu qədər böyük məhəbbət haradandır Əkrəm Əylislidə? Niyə bu vaxta qədər biz onu tanımamışıq? Onun qəhrəmanları da, xüsusilə Saday Sadıqlı da onun özü kimi psixoloji cəhətdən xəstə adamlardır. Qayınatası psixiatr Zülfi Abasəliyev ona kriptomneziya, yəni uşaq aləminə qayıtma diaqnozu qoyur. Və bu aləmdə Saday Sadıqlının yaddaşına Vanq kilsəsində xaç çəkməsi düşür. Və onun fikrincə ermənilər əsl Allah adamlarıdır.

Əkrəm Əylisli əlindən fəxri adlar, mükafatlar aldığı dövlət başçılarına da şərti olaraq xüsusi bir nifrət və ironiya ilə yanaşır.

Ə.Əylisli nəinki Azərbaycan mili-ictimai mühitini, xalqın mentalitetini, dövlət rəhbərlərini və müqəddəsləri təhqir etməklə kifayətlənmir. Öz «əsər»ində yazıçıya yaraşmayan, qələmi nüfuzdan salan iyrənc söyüşlər işlətməkdən belə çəkinmir. Saday Sadıqlı yeni hakimiyyətdən vəzifə almış uşaqlıq yoldaşı Ziyadxan Babaxanlı haqqında deyir:

«Ни стыда, ни совести. Что делает с человеком ненасытная жажда власти! У этого Жопахана Пиздаханлы  нашелся целый арсенал отборной лжи, чтобы оболгать свою малую родину, но не нашлось ни слова сострадания к своему крёстному отцу»

Əlbəttə, demokratiya, söz azadlığı qiymətli mənəvi sərvətdir. Lakin bu sətirlərə heç vəchlə ədəbi demokratiya adı vermək olmaz. Bu ifadələr Əkrəm Əylislinin mənəvi deformasiyaya uğradığını, əxlaqi cəhətdən pozulduğunu əks etdirir.

Əkrəm Əylislinin «Kamennıe snı» («Daş yuxular») yazısı başdan-başa ucuz bir erməni təəssübkeşliyi ilə yazılıb. Ermənilərə ifrat dərəcəyə çatan rəğbət və məhəbbət, müsəlmanlara, xüsusilə türklərə patoloji nifrət bü «əsər»in pafosunu müəyyənləşdirir. Buna əyanilik üçün səciyyəvi olaraq daha bir parçaya nəzər salaq:

 «В Айлисе  в те времена жили люди, равные богам. Они провели воду, разбили сады, тесали камни. Эти армяне,  как ремесленники, так и торговцы, обошли и объездили сотни чужих городов и сёл, по копейке зарабатывая деньги только для того, чтобы превратить каждую пядь земли своего маленького Айлиса в настоящий райский уголок. После того как турки после девятнадцатого года, ушли, оставив Айлис в руинах, мусульманское население до сих пор ищет золото в развалинах армянских домов».

Erməniləri Allahla bərabər tutan bu başabəla Azərbaycan yazıçısının bu sətirləri və küllən «Kamennıe snı» («Daş yuxular») roman-rekviyemini yazarkən görəsən ermənilərin 1905, 1918, 1948, 1988-1993-cü illərdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Qərbi Azərbaycanda, Xocalıda, Bütün Qarabağda azərbaycanlıların başına gətirdikləri amansız işlərdən, soyqırımlardan, çətin anlardan xəbəri vardırmı? Əlbəttə, var! Fəqət, bu barədə düşünmək belə ona sərf etmir. Onun məqsədi bizim əbədi düşmənlərimizi-erməniləri gözəl, humanist, zəhmətkeş, böyük sənətkar kimi qələmə vermək, hətta Allaha bərabər tutmaqdır. O, şəksiz-şübhəsiz erməni kəndi adlandırdığı Əylisin timsalında Naxçıvanı da, Qarabağı da, Oğuz və Qəbələni də, bütün Azərbaycan torpaqlarını şübhə altında qoyur, hətta Alban dövlətinin mövcudluğunu belə inkar etməkdən çəkinmir.

Beləliklə, əməkdar incəsənət xadimi, «Şöhrət», «İstiqlal» ordenli və Prezident təqaüdçüsü xalq yazıçısı Əkrəm Əylislinin «Kamennıe snı» («Daş yuxular») adlı oçerki nə tarixlik baxımından, tarixi məxəz kimi, nə də bədii əsər kimi janrın poetikası baxımından elmi nəzəri təhlilə davam gətirmir. Bu yazının Azərbaycan ədəbiyyatına, onun müəllifinin Azərbaycan xalqına heç bir dəxli yoxdur. Onun milli mənəviyyatımıza, şəhidlərimizin qanı ilə suvarılan torpaqlarımıza, bütövlükdə vətənimizə vurduğu zərbələr hələ gələcəyə hesablanır. Ə.Əylisli bu yazı ilə onsuz da həyasız olan ermənilərin əlinə elə bir fakt verib ki, o gələcəkdə həmişə boğazımıza ilgək kimi taxılacaq. Bu hesabla ermənilər Ə.Əylisliyə erməni xalqının mili qəhrəmanı adını verməlidirlər.

Bu yazı bir yazıçı, ziyalı və vətəndaş kimi mənim qəlbimin səsidir. «Xəcalət» povestinin müəllifi kimi, mən Əkrəm Əylisliyə görə bir daha xəcalət hissi keçirdim. Qoy qadir Allah bizi düşmən ayağına atanların, düşmən qarşısında xəcalətli edənlərin cəzasını versin!..

Hüseynbala Mirələmov
05.02.2013

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı