Modern.az

Milli Məclisin ikinci iclasının gündəliyi məlum oldu - SİYAHI

Milli Məclisin ikinci iclasının gündəliyi məlum oldu - SİYAHI

Parlament

6 Fevral 2013, 17:06

Fevral ayının 12-də Milli Məclisin yaz sessiyasının ikinci iclası keçiriləcək.  Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a verdiyi məlumata görə, iclasın gündəliyinə təxminən 9 məsələ daxildir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi olacaq. Bu hər il yaz sessiyasında bu məsələ qaldırılır və həmin qurum məruzəsini təqdim edir. Bundan başqa, gündəliyə “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanun layihəsi, “Dövlət rüsumu haqqında”, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara, habelə Ticarət Gəmiçiliyi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi məsələləri daxildir. “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanun layihəsinin müzakirəsi də gündəliyə daxil edilib”.

Qeyd edək ki, parlamentin 2013-cü il yaz sessiyasının ilk iclası fevralın 1-də keçirilib.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı