Modern.az

Brilliant Dadaşova: “Facebook xəstəsinə çevrilmişəm”

Brilliant Dadaşova: “Facebook xəstəsinə çevrilmişəm”

İqtisadiyyat

6 Fevral 2013, 18:15

Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Pırlantalı gecələr” verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi, bəstəkarı, söz yazarı Metin Özülkü olub.

Brilliant xanım canlı yayımda Facebook unvanına gələn dostluq təkliflərini də qonağı ilə birlikdə qəbul edib. Və etiraf edib ki, son günlər Facebook xəstəsinə çevrilib: “Adətən, musiqiçilər gecə həyatına, gec yatmağa, səhər gec durmağa öyrəşirlər. Amma saat 12-dən sonra məni yuxu tutur. Facebook-da olarkən isə bəzən lap gccə yarıya qədər oyaq qalıram”.

Yeri gəlmişkən, Metin Özülkü Brilliant Dadaşova üçün də mahnı bəstələyib. Müğənni xanım bu mahnını yeni albomuna qoyacaq. Və xanım müğənni onu da qeyd edib ki, Novruz bayramında “Pırlantalı gecələr”də ölkəmizin adət-ənənələrinə uyğun bir bayram proqramı düzənləyəcək.


Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir