Modern.az

“Çölçü”nün ssenari müəllifi yeni kinolayihəsini nazirliyə təqdim edib

“Çölçü”nün ssenari müəllifi yeni kinolayihəsini nazirliyə təqdim edib

İqtisadiyyat

6 Fevral 2013, 18:20

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yaxın günlərdə filmin Nizami Kino Mərkəzində “Çölçü” bədii filminin təqdimat mərasimi olacaq. Rejissor Şamil Əliyevin ekranlaşdırdığı əsərinin ssenari müəllifi “Yuğ” Teatrının aktyor və rejissoru Vidadi Həsənovdur. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bu filmdə baş rollardan birində ssenari müəllifinin özü də çəkilib.

Vidadi Həsənovun sözlərinə görə, hazırda komediya janrında yeni filmin ssenarisini tamamlayaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib. “Filmin adını hələlik açıqlamaq istəmirəm. Ssenarisi nazirlikdə bəyənilsə o, zaman adını deyəcəm”.

Aktyor teatrdakı işləri barədə ətraflı məlumat verib: “Hazırda Kamal Abdullanın müəllifi olduğu “Şah İsmayıl” əsərində rol almışam. BU tamaşa Milli Dram Teatrda səhnələşdirilir. “Yuğ”da isə argentinalı nasir Adolfo Kasaresin “Qəbir qazma üsulu” tamaşasında rollarım var”.

Gültəkin
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar