Modern.az

Avtomobil dirəyə çırpıldı - Sürücü öldü

Avtomobil dirəyə çırpıldı - Sürücü öldü

Hadisə

14 Aprel 2022, 11:28

Aprelin 13-də saat 22 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində  Ağstafa rayon sakini Şahin Hacıməmmədov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, nəticədə sürücü və bir sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. 

 

Rəsmi məlumata görə, hazırda Nərimanov RPİ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir