Modern.az

İki yanğın söndürən maşın gəldi - Yanan qazan imiş

İki yanğın söndürən maşın gəldi - Yanan qazan imiş

14 Aprel 2022, 15:10

 Bakının Yasamal rayonunda yerləşən mənzillərdən birində tüstülənmə olub.

 

Modern.az xəbər verir ki, hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

 

Belə ki, tüstülənmənin səbəbi ev sahibinin yemək qazanını yanar qazın üzərində unutması olub. Ev sahibi qazı söndürməyi unudaraq, qapını bağlayıb evdən gedib.

 

Yanğınsöndürənlər evə pəncərədən daxil olaraq qazı söndürüb və baş verə biləcək yanğın təhlükəsinin qarşısını alıblar.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu