Modern.az

İranlı deputat Siyavuş Novruzova məktub yazdı: “Qarabağ üçün ürəyiniz darıxmır?” - MESAJ

İranlı deputat Siyavuş Novruzova məktub yazdı: “Qarabağ üçün ürəyiniz darıxmır?” - MESAJ

9 Fevral 2013, 10:20

Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti, deputat Mənsur Həqiqətpur YAP  rəsmisinə görüşmək təklif edib

İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti, deputat Mənsur Həqiqətpur YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovu bir sıra məsələlərlə bağlı debata dəvət edib. Modern.az bildirir ki, “Novruzxan” xitabı ilə başlayan müraciətində Tehran parlamentinin üzvü  S.Novruzovu  “yenidən İran və Azərbaycanda səmimi və qarşılıqlı müzakirəyə dəvət etməyi lazım bildiyini və təhrif olunmuş həqiqətlər” barədə müzakirə aparmaq istədiyini yazıb.

“Cənab deputat! Qarabağdan nə xəbər var? Gözəl Qarabağ torpaqları, onun dağları, çayları, bulaqları üçün ürəyiniz darıxmırmı? Onun azad olması üçün niyə bir hərəkət etmirsiniz?”-deyə həmkarına sual ünvanlayan Həqiqətpur məktubunda ATƏT-in həmsədrlərinin vasitəçiliyi ilə Qarabağa dair aparılan sülh danışıqlarına rişxənd edib.

“Siz və dövlət rəsmiləriniz də neçə illərdir ki, erməni işğalçıları ilə müzakirə stolu arxasında otururmusunuz ki, bəlkə Qarabağı geri ala biləsiniz. Amma işğalçıların bu müzakirələrlə bir ərazini öz həqiqi sahiblərinə qaytarmaları mümkün deyil”.

“Mən mərhum Heydər Əliyevin dövründə Azərbaycanın şərəfli xalqına kömək etdiyim kimi, indi də bu mövzuda İranda konfranslar keçirməyə və sizinlə birgə Qarabağın azad olması haqqında çarə yolu düşünməyə, fikir mübadiləsi aparmağa hazıram. Əlbəttə, İran xalqı və dövləti hamılıqla Qarabağın azad olunmasını istəyir”-deyə Həqiqətpur vurğulayıb.

Daha sonra bir sıra digər məsələlərə toxunan iranlı deputat S.Novruzovun cavabını səbirsizliklə gözlədiyini yazıb.

X.LÜTFÜZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir