Modern.az-ın məlumatına görə, Azərbaycan İpoteka Fondunun mətbuat xidmətindən bildirilib ki, cari ilin fevral ayı ərzində Fondun standartları ilə verilən ipoteka kreditlərinin həcmi 6 milyon manata yaxın təşkil edib.
Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq indiyədək Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 162 milyon manatı keçib. Nəticədə 4000-dən artıq ailə ipoteka kreditləri hesabına öz mənzil-yaşayış şəraitinin yaxşılaşdırılmasına və sosial ehtiyaclarının ödənilməsinə nail olub.
Modern.az