Modern.az

Çili zəlzələsi Yer Kürəsinin oxunu tərpədib

Çili zəlzələsi Yer Kürəsinin oxunu tərpədib

3 Mart 2010, 09:45

Çilidə baş vermiş güclü zəlzələ Yer Kürəsinin oxunu yerindən tərpədib. Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Amerikanın Milli Aerokosmik Agentliyi (NASA) sensasiyon açıqlama ilə çıxış edib.  NASA-da işləyən bir alimə görə,  zəlzələ Yer Kürəsinin oxunu yerindən tərpədərək onun istiqamətini 8 santimetrə qədər dəyişib. Nəticədə isə hər bir günün uzunluğu saniyənin muilyonda 1.26-sı qədər qısalacaq. Günün uzunluğu Yer Kürəsinin oxu ətrafında bir tam dövr etməsi vaxtı ilə ölçüldüyündən, bu oxun yerindən tərpənməsi planetimizin fırlanması parametrlərinə də təsir edəcək. NASA alimi deyib ki, zəlzələ planetin kütləsini onun fırlanma oxundan kənarlara paylaşdırırsa, planetin fırlanması səngiyə, gün isə uzana bilər.

NASA-nın hesablamalarına əsasən, Çili zəlzələsi Yer Kürəsinin oxunu 2004-cü ildə Asiyada sunamiyə səbəb olmuş 9.1 gücündə olan zəlzələdən çox dəyişib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir