Modern.az

Meşələr səmərəsiz idarə edilib - PALATA

Meşələr səmərəsiz idarə edilib - PALATA

20 Aprel 2022, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin meşələrin idarə edilməsi istiqamətində fəaliyyəti səmərəsiz hesab edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Hesablama Palatasının 2021-ci ildə görülən işlərə dair hesabatında qeyd olunub.

 

Belə ki, Hesablama Palatası xidmətin strateji planlaşdırma işinin davamlı xarakter daşımaması, monitorinq və qiymətləndirmə sisteminin zəif təşkil edilməsi, təşkilatın fəaliyyəti üçün zəruri resurslarla təmin edilməməsi kimi nöqsanları aşkarlayıb.

 

Bununla bağlı Palatanın ETSN-ə müvafiq tövsiyələri təqdim edilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə