Modern.az

Siyavuş Novruzov iranlı deputata hiddətlənib: “Fahişəxanalarınız mədrəsələrdən çox idi”

Siyavuş Novruzov iranlı deputata hiddətlənib: “Fahişəxanalarınız mədrəsələrdən çox idi”

11 Fevral 2013, 17:44

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov İranın İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti,  deputat Mənsur Həqiqətpurin müraciətinə cavab verib. YAP-çı deputat Modern.az-a açıqlamasında iranlı həmkarının müraciətdə qeyd etdiyi fikirlərin həqiqətə uyğun olmadığını deyib. S.Novruzov qərəzli mövqe nümayiş etdirdiyi üçün M.Həqiqətpura soyadını dəyişməyi təklif edib.

“Dədə Qorqud sağ olsaydı ona yaxşı ad qoyardı”

 “İranın deputatı mənə müraciətdə bəzi məsələlər qaldırıb. Amma onun fikirlərinə toxunmazdan öncə demək istəyirəm ki, bizim “Kitabi Dədə Qorqud” dastanında belə bir ənənə var ki, insana  doğulan kimi ad verilməzdi. Müəyyən dövrdən sonra onun fəaliyyətinə, davranışına görə ad verilirdi. Cənab Həqiqətpur həmin dövrdə doğulsaydı, Dədə Qorqud ona başqa ad verərdi. Çünki, o, həqiqətdən başda hər şeydən danışır. Ya da həqiqəti bilmir. O bir daha soyadına baxmalıdır ki, həqiqət nədir. Bu məsələləri aydınlaşdırmalıdır, ondan sonra ola bilsin ki, öz soyadını dəyişdi”,-deyə deputat iranlı həmkarına cavab verib.

“Yadına sal ki, İranda əxlaqsızlıq yuvası mədrəsədən çox idi”

S.Novruzov Həqiqətpurun Azərbaycandakı dini vəziyyətə dair tənqidi fikirlərini, Bakını əxlaqsızlıqda suçlamasını cəfəng iddialar hesab edir:
“Azərbaycan hər zaman islam ənənələrinə sadiq qalıb. İslamın tarixi günləri Azərbaycanda həmişə yüksək səviyyədə qeyd olunub. Həqiqətpur Qurani-Kərimi yaxşı oxuya bilirsə, görsün ki, orada bütün dinlərə hörmətlə yanaşmağın vacibliyi göstərilir. Azərbaycanda da bütün dinlərə hörmətlə yanaşılır. O cümlədən insanların əqidəsinə, onların düşüncəsinə hörmət bəsləyirik. Burada insan amili birinci növbədə durur. Bu da bilavasitə şəriətin, Qurani Kərimin öndə gətirdiyi məsələdir”.

S.Novruzovun sözlərinə görə, Azərbaycandakı seksual azlıqlar məsələsinə toxunan Mənsur Həqiqətpur yaxşı olar ki, öz ölkəsinin keçmişini yadına salsın:

“Həqiqətpur Azərbaycanda seksual azlıqlar məsələsinə münasibət bildirib. Xatırladım ki, cənab Həqiqətpur 1979-cu ilə qədər İran Respublikasında əxlaqsızlıq yuvalarının sayı məktəblərin və mədrəsələrin sayından çox idi. Həqiqətpur həmin dövrü yaxşı xatırlayar. O zaman Tehranda və digər şəhərlərdə hər 10 metrdən bir əxlaqsızlıq yuvası açılırdı. Azərbaycanda istər Sovet dövründə, istər indiki dövrdə belə hal yoxdur. Biz hər bir insanın azad şəkildə davranmasının tərəfdarıyıq. Amma bu gün çadra geyinib əxlaqsızlıqla məşğul olmaqdansa, çadra geyinməyib azad, əxlaqlı yaşamaq daha məqsədəuyğundur”.

“Onda gərək şotland oğlanlar məktəbə yubkada gəlsin...”

“Həqiqətpur hicabla bağlı məsələ qaldırıb, guya Azərbaycanda qadağalar var. Bizdə hicabla bağlı heç bir qadağa yoxdur. İstənilən adam hicab geyinə bilər, toya da gedə bilər, yasa da. Hər bir məktəbdə vahid məktəbli forması var. Onun məntiqilə yanaşsaq, onda gərək şotland oğlanlar məktəbə yubkada gəlsinlər”.

YAP rəsmisi iranlı deputatla görüşmək niyyətində olmadığını deyərək, İranın Dağlıq Qarabağla bağlı sərgilədiyi mövqeyə toxunub. S.Novruzovun fikrincə, İran bu məsələdə Azərbaycana qarşı çıxan 3 ölkədən biridir:

“Azərbaycanda bir misal var: utanmasan oynamağa nə var ki. Bu gün Ermənistana ən çox dəstək verən, həm maddi, həm mənəvi yardım göstərən ölkə İrandır. O, bunu görmürsə, daha mənim sözüm yoxdur. Azərbaycanın işğal olunan ərazilərində bütün evləri söküb talayan məhz İran vətəndaşları oldu. Onlar azərbaycanlıların evlərini, yurdlarını darmadağın elədilər. Həzrəti Əli deyib ki, tamahla qurulan ev bir gün talan olacaq. Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı olan üç ölkə varsa, biri də İrandır. Həqiqətpur bilsin ki, biz Qarabağı azad edəcəyik”.

Xatırladaq ki,  İranlı deputat Mənsur Həqiqətpur YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovu bir sıra məsələlərlə bağlı debata dəvət edib.
Müraciətinə “Novruzxan” xitabı ilə başlayan iranlı deputat deyib:

 “Cənab deputat! Qarabağdan nə xəbər var? Gözəl Qarabağ torpaqları, onun dağları, çayları, bulaqları üçün ürəyiniz darıxmırmı? Onun azad olması üçün niyə bir hərəkət etmirsiniz?”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi