Modern.az

İyrənmək

İyrənmək

Ədəbi̇yyat

11 Fevral 2013, 18:37

(İçsəs)

İyrənmək (nifrət, ikrah) – sevmədiyin, inanmadığın, bəyənmədiyin bir şeyin varlığından sıxılmaq, darılmaqdır.

***
İnsan ona yaxşı olanı, xoş gələni sevir. Sevilən – inanılan, cəzb edən, özünə çəkən, vurğunluq yaradandır.

***
Sevilməyən, inanılmayan, cəzb etməyən, özündən qaçıran – iyrəniləndir (nifrət, ikrah yaradandır).

***
İyrənilən, nifrət edilən – eşidib, bilib, görüb inandığımız və sonunda aldandığımız nəsnədir. O, bizi daha özünə çəkmir, inandırmır, özündən qaçırdır, iyrəndirir – iy verir.

***
Nifrət, ikrah – ruhun iyrənməsidir. Ruh – ruhani olmayandan iyrənir, üz çevirir, ona qarşı barışmaz olur.

***
İyrəndiyimiz, nifrət etdiyimiz – inamımıza, sevgimizə layiq olmayandır.

***
Özünəqıyma (intihar) – özündən, yaşamdan, gerçəklikdən iyrənmədir.

***
Başqasına qıyma – başqasından  iyrənməkdir.

***
İyrənmə – inamın inamsızlığa, sayğının sayğısızlığa, sevginin sevgisizliyə çevrilməsi, yaxşı bir şeyin özünə qarşı dayanmasıdır.  

***
İyrənmək – gücsüzlük, sarsıntı, inamsızlıq, qorxu yaradır və onlara yarayır.

***
İyrənmək – özünə və başqasına inanmağa gücü çatmamaqdır.

***
İnsanlığa uyğun olmayan hər şeydən iyrənmək, qaçmaq, boyun qaçırmaq!

***
İyrənilən (nifrət edilən) – sarsıdır, qorxudur, ona görə üzüntü yaradır.

***
İyrənmək, nifrət duyğusuyla yaşamaq – kiminsə, nəyinsə iyrəncliyi ilə barışmadığın halda ona qarşı dura, düşdüyün durumu aşa bilməməkdir.  

***
Ən yaxşısı – iyrəndiyinlə barışmamaqdır!

***
Barışmazlıq – iyrəndiyini özündə yaşatmamaqdır.

***
Öz içindəki iyrənclikdən qurtulan – iyrənməkdən qurtulandır.

***
İyrəndiyin duyğunu öz içində öldür ki, iyrəndiyin kimsə gözündə ölsün!

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir