Modern.az

Bakıda kütləvi dava: iki nəfər bıçaqlanıb

Bakıda kütləvi dava: iki nəfər bıçaqlanıb

Təhsil

12 Fevral 2013, 15:14

Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində bir qrup şəxs arasında baş vermiş münaqişə nəticəsində iki nəfərə bıçaqla xəsarət yetirilib, bir nəfər isə döyülüb. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, fevralın 11-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində, Bakı şəhər sakinləri Vahid Həsənov, onun qardaşı Vasif, Ağdaş rayon sakini Elvin Rəşidov, Ucar rayon sakini Bahadur Həsənov və Şabran rayon sakini Elnur Sədiyev ilə ticarət mərkəzinin işçiləri İlqar İbrahimov, Əli Mirzəyev və Məftun Qasımov arasında münaqişə baş verib.  Bu zaman Vasif Həsənov bıçaqla Ə.Mirzəyevə və M.Qasımova xəsarət yetirib, İ.İbrahimov isə döyülüb.

Hadisədən dərhal sonra V.Həsənov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub, Vahid Həsənovun, E.Rəşidovun, B.Həsənovun və E.Sadiyevin izahatları alındıqdan sonra buraxılıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır