Arxiv
21 mart 2020, 11:49 | MƏDƏNİYYƏT
Doldur piyaləmi Arazdan mənim... - Rübabə Muradova

21 mart Rübabə Muradovanın doğum günüdür...

Yoxluğundan illər keçsə də, Rübabə Muradova bu gün də sevilir, yaddaşımızda yaşayır. Onun səsini, ifasını sevməyən tapılmaz. Səsini nə zaman eşitsək də yenidir, ruhumuzu oxşayır.  Rübabə xanımın bir zamanlar ifa etdiyi mahnıları oxuyanlar da, el içində daha  tez məşhurlaşır, daha tez tanınırlar. İnkaredilməz  bir həqiqət var ki, ruhu mahnılarına sahib olan Rübabə xanım oxuyanda hisslərimiz, duyğularımız kövrəkləşir, gözəlləşir. Onu dinləyəndə hərdən mənə elə gəlir ki, cinayət etməyə hazırlaşan kəs də bu ecazkar səsin cazibəsi ilə pis niyyətindən əl çəkər.

Bu arada çoxdan, lap çoxdan Rübabə xanım haqqında mənimlə xatirələrini bölüşən bir rəfiqəsini xatırladım.
Tahirə xanım deyirdi ki, “Rübabənin təkcə səsi deyil, qəlbi də gözəl idi. Mərd, ağayana hərəkətləri var idi.  Məni Ərdəbildə qalan  Mehrac adlı rəfiqəsinə bənzədirdi. Gecəmi gündüzə qatıb, Rübabə xanım üçün onun ruhuna uyğun ən gözəl şeirləri və mahnı sözlərini axtarıb tapırdım. Repertuarında olan  mahnılarının əksəriyyətinin sözlərini mən seçmişdım. Onun halının, əhvalının izharı olan mahnıları”.


Qəbrimə Vətən torpağı səpin...


Rübabə xanımın kiçik bacısı Tahirə Muradova isə müğənnini belə xatırlayırdı: “Son günlərini də  mahnıyla yaşadı. Şəkər xəstəliyi Rübabədən sağlamlığını, görkəmini alsa da, sonacan səsinə dəyə bilmədi. Rəhmətlik atam deyərdi ki, “səs bizim uşaqlara verilən Allah vergisidir””.

Allahına qovuşmaq məqamında bacısı Tahirədən , Ərdəbilə yollar açılarsa, oradan qəbrinin üstünə torpaq gətirib səpməsini vəsiyyət edir. Tahirə Muradovaya isə bacısı rəhmətə gedəndən, bir neçə il sonra Ərdəbilə getmək nəsib olur. Sorağa-soraq, Rübabənin vetrdiyi nişanələrlə gedib ata-baba ocağını tapır. Şəhərdəki qohum- əqraba, dost-tanış biləndə ki, Sovetin vaxtında köcüb  Şimali Azərbaycana getmiş Mirzə Xəlil İşraqinin qızı gəlib, hamısı pişvazına çıxır.

... 1946-cı  ildə atası Mirzə Xəlil kişi ailəsi ilə birlikdə Arazı adlayıb keçəndə, üç övladı var idi—Rübabə, Firəngiz, bir də oğlu Ənvər. Rübabə böyük qızı idi. 18 yaşı təzəcə tamam olmuşdu. Zamanın elə qarışıq vaxtı idi ki, İranda  günahsız adamları da siyasi məhbus damğası ilə asırdılar. Rübabənin könlünün-gözünün ovu olan, sevgilisinin də ömrü həmin dar ağaclarında bitmişdi. O vaxtdan gənc qızın qəlbi qubar etmişdi. Elmə, müsiqiyə, təhsilə böyük rəğbəti olan həkim atası Mirzə Xəlilin çaldığı tarın qəmli  sədaları  ilə oxuyardı, ürəyindəki həsrətinə layla çalardı. Irandan Arazı adlayan ailə əvvəlcə Salyanda sığınacaq tapmışdı. Mirzə Xəlil kişinin həyətində dərdlərini oxuyan gənc Rübabənin səsi tezliklə bütün Salyana yayılır. Ordan da  xəbər gəlib Bakıya yetişir.
1953-cü ildə Bakıda Filarmoniyadakı konsertlərdə ilk mahnılarını oxuyan Rübabə, üç ildən sonra  “Əməkdar artist”  adını alır. Daha sonra Opera və Balet Teatrının səhnəsində ən məşhur opera əsərlərində baş rolları  oxuyub, məharətlə ifa edən Rübabə xanıma az bir zamanda “Xalq artisti” adı da verilir.


Səhnə üçün yaranan Rübabə


Üzeyir Hacıbəyovun bütün operalarında baş rolun ifaçısı olmaq da Rübabə xanım üçün bir alın yazısı idi. Üzeyir Hacıbəyovun musiqisi Rübabəyə, Rübabə isə  həmin müsiqilərə yaraşırdı: həm səsi, həm görkəmi, artistlik fakturası, həm də taleyi ilə.

Operada ilk rolu da Leyli olmuşdu. 1956-cı ildə Rübabə xanım Opera və Balet Teatrında növbəti dəfə “Leyli və Məcnun” tamaşasında Leyli rolunda oynayarkən tamaşaya Hindistanın məşhur kino ulduzu Rac Kapur da baxır. Konsertdən sonra Rac Kapur Rübabə xanıma yaxınlaşıb heyrətlə deyir: “... Siz bütün tamaşa boyu ağladınız, lakin bircə dəfə də olsa, boğazınız qəhərlənmədi”.
Fars dilinin gözəl bilicisi olan Rac Kapur Rübabə xanımla  bütün dialoqunu fars dilində edir. Və sonda təklif edir ki, onunla Hindistana gedib, “Leyli və Məcnun” filmində baş rola çəkilsin. Bir dəfə ayrılıq acısını görən Rübabə xanım bu təklifə razı olmur.


Mərkəzi Komitəyə yazılan anonim məktublar....


Hər zamanın öz  xəbisləri, naqisləri, paxılları olur. Müğənninin dayandığı sənət ucalığına həsəd çəkənlər, Rübabə Muradova haqqında Mərkəzi Komitəyə anonim məktublar yazarlarmış. Məktubları yoxlamağa gələnlər yazılanların əksi olaraq, Rübabə ilə dost olur, “Sağ ol, var ol, yaşa!” – deyərək ayrılarlarmış.


Leyli rolunun ifaçısının Leyliliyi


Leyli rolunun əvəzolunmaz  ifaçısı  Rübabə Muradovanın həyatdakı real  Məcnunu isə deyirlər ki, mərhum sənətkar  Qulu Əsgərov olub. Rübabənin sənətinə vurğun olan Qulu Əsgərovun ailəsi də, onun bu məhəbbətinə qarşı çıxa bilməyib...

Rübabə xanım şəxsi həyatını heç kimlə hesablaşmadan qurmuşdu. Azərbaycanda qurduğu iki nikahından iki qızı dünyaya gəlmişdi: Qəmər və Şahnaz. İrandan gələndə özü ilə gətirdiyi qızını isə Sovet hökuməti ondan alaraq, Cənubi Azərbaycandan gələn mühacirlərin uşaqları üçün tikilmiş Moskvadakı  internat məktəbə verir. Verir deyəndə ki, mühacır uşaqları o zaman Moskva analarından alıb, öz nəzarətində saxlayırmış. Sonradan bu qızın adı heç yerdə xatırlanmır. Bütün bunlarla yanaşı, haqqında gəzən şaiyələrə Rubabə xanım məhəl qoymazdı.  O söz-söhbətləri danışanların, şayiə yayanların səviyyəsinə enmirdi. Və bu dedi-qoduları mahnıları ilə cavablandırırdi:


Ay su gəlir arxa nə var,
Ay dolanır. Çarxa nə var.
Məndən öz yarım küsüb,
Heç bilmirəm xalxa nə var.

Tale ona nakam məhəbbət və  Vətən ayrılığı bəxş etmişdi.  Bunu isə bacısı Tahirə xanım maraqlı bir hadisə ilə əlaqələndirirdi: “Hələ uşaq vaxtı ailəsi ilə birlikdə bir dəfə Ərdəbilin dağlarına istirahətə gedəndə,  7-8 yaşlı Rübabə dağın döşündə bitən bir çiçəyi dərir. Bu zaman nənəsi əlindəki gülə baxıb deyir: “Ay bala sən neylədin, bu çiçək 20-25 ildə bir dəfə açır. Adına Gümüş xəncər deyirlər. Onu dərən adamın əllərini üç ay yara basar, taleyi qisməti isə yarımaz”.

Həqiqətən, bu hadisədən sonra  balaca qızcığazın əlləri üç ay ərzində yara tökür. Taleyi isə qəmli mahnılar, nakam məhəbbətlər... Onu  nakam məhəbbət şərqiçisi adlandırsam, yəqin ki, səhv etmərəm. Bəlkə elə buna görə də mahnısının birində oxuyurdu:


Eşqinə bağlı olandan bəri, Məcnun kimiyəm,
Elə sərgəşdəyəm, heç yerdə gümanım yoxdur...

Dünyasıını dəyişməzdən bir-iki il əvvəl bir konserti proqramı çəkilmişdi Azərbaycan  Dövlət Televiziyası vasitəsilə. İndi o konsert Youtube-də ən çox baxılan linklərdəndir. Bənövşəyi rəngli libasında elə bil ki, xöşbəxtliyindən qanad açıb uçacaq. Onu heç bir lentində belə görməmişik.  Çox şövqlə, xoşbəxt bir görkəmlə sevdiyim mahnılardan birini oxuyur:

                          Ömrün payızında sevib-sevildim,
                           Elə bilirəm ki, ilk baharam mən.
                           Arxanca sürünən  kölgənəm sənin,
                           Harda qərar tutsan orda varam mən.
                          
                           Özün bir aləmsən, sözün bir aləm,
                           Sən olan könüldə nə kədər, nə qəm.
                           Sənsiz bu dünyanın ən bədbəxtiyəm,  
                           Səninlə hər zaman baxtiyaram mən...  

 
Əlbəttə səsi ilə taleyini oxuyan müğənnini başa düşməyənlər qınayırdılar. O, isə bu qınaqları belə cavablandırırdı:

                           Eşqin də qaxınc oldu mənim başıma , neylim,
                            Bu eşqin əlindən nə qədər tənə yedim mən.
                            Öz eşqini dustaq eliyən bəxtiyar olmaz,
                            Öz eşqimi, öz sevgimi dustaq elədim mən...”


“...Rübabəni başa düşmək üçün, onun təninə girib, onun çəkdiklərini çəkmək lazım idi.”- deyir bacısı Tahirə. Böyük sənət ilə  çox vaxt ailə düz gəlmir. Ya sənəti, ya ailəni qurban verməlisən. Böyük sənətkarlar da ərkəsöyün uşaqları xatırladır. Şıltaqlıqları  çox olur. Onlara yaratdıqlarına görə, bəzən  şəxsi keyfiyyət və həyatlarına  göz  yumub, həmin sənətkarların sənətlərindən zövq almağı bacarmaq lazımdır. Rübabə Muradova bütün Müsəlman Şərqinin zövq dünyası idi.

Xislətində bir az Lelylilik, bir az Şahsənəmlik, bir az da Xəyyamlıq olan ərdəbilli qızı Rübabə Muradova,  dünyanın bütün naz-nemətini özünə rəva gördü. Ürəyi hökm edəni, ağlı istəyəni edirdi. Sanki Ərdəbildə gənc yaşlarında gördüyü hədələr, qorxular, “olmazlar” onda sonradan bütün çərçivələri sındırmaq adəti yaratmışdı. O, öz həyatını çərçivələrə salmadan yaşamağı bacardı. Təkcə onu sevənlərdən dönüklük, vəfasızlıq görəndə bunu bağışlamırdı:

                               Sındırmısan, ey gül, bu sınıq könlümə dəymə,
                                Viranə düzəlməz, necə abad eləsən də.”,--

  və yaxud da ki,

                                 Sevmədin ey gözəl, sevmədin məni,
                                  Ələdin eşqimə dumanı-çəni.
                                  Elə itidrim ki, həyatda səni,
                                  Hey məni asan da, yadına salsan da...
                                  İndi sevmirəm....”            


Xəyyam ruhlu Rübabənın könül rübabı


Muğamlarımızı, təsniflərimizi öz dərdinə qatıb, yanqılı-yanqılı oxuyan müğənni bu  haqda kimsəyə şikayət etməsə də, danışmasa da, təkcə oxuyanda  bu hisslərini gizlədə bilmirdi. Cünki, Rübabə ürəyi və beyninin vəhdəti ilə oxuyurdu. Yanqılı səsi elə bil ki, bü Ərdəbil gözəlinin tərcümanı idi. Bu səsdə nakam məhəbbətin, Araz həsrətinin, Vətən dərdinin ağrısı-acısı vardı...

                          ... Mən onsuz da məstəm, dəryadır qəmim,
                          Bir an ayrılmayır qəmdən aləmim.
                          Doldur piyaləmi Arazdan mənim,
                          Gəl keçirt dərindən-dayazdan məni....


Təbiət, gözəllik, məhəbbət dəlisi olan Rübabə Muradova Novxanı bağlarındakı dənizlə üzbəüz tikdirdiyi evini də Ərdəbildə qoyub gəldikləri evlərinə bənzətmişdi. “Eşqin pərvanəsi olan, qəm oduna tab gətirən” Rübabə, “xəstə bulbul kimi heç yerdə gümanım yoxdur”- deyib fəğan edirdi. Ən yaman günlərində də, ən yaxşı günlərində də ümidini sevgiyə bağlamışdı.  Bu sevgisi və dərdləri müğənninin səsi ilə bəşəriləşir, böyüyürdü və bütün Azərbaycanın dərdi olurdu. Bütövləşmək, bir olmaq dərdi...Bütöv Azərbaycan sevgisi...


Aida Eyvazlı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
159 Azərbaycan vətəndaşı Daşkənddən vətənə qayıdıb 16 İyul 2020, 21:18 Düşmənə məxsus kazarma məhv edildi - VİDEO 16 İyul 2020, 21:06 Raquf Orucovun həyat yoldaşı: “Polada “qardaşım” deyirdi...” 16 İyul 2020, 20:47 Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11 Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR 16 İyul 2020, 17:10 Azərbaycanda koronavirusa yoluxanları sayı azaldı - 8 nəfər vəfat etdi 16 İyul 2020, 17:04 Ceyhun Bayramov Xarici İşlər Naziri kimi ilk çıxışını etdi 16 İyul 2020, 16:58