Modern.az

“Azərbaycanın peyk resursunun yarısı icarəyə verilib”- AÇIQLAMA

“Azərbaycanın peyk resursunun yarısı icarəyə verilib”- AÇIQLAMA

12 Fevral 2013, 15:41

Azərbaycanın "Azerspace/Africasat-1” peyki fevralın 15-də öz orbitində yerləşəcək. Modern.az-ın məlumatına görə, bu sözləri “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, sınaqlara təxminən 20 gün lazımdır və martın ilk ongünlüyündə peyk ASC-nin idarəçiliyinə təhvil veriləcək.R. Nəbiyev bildirib ki, hazırda peykin resurslarının 40 faizindən çoxu icarəyə verilib. Peykin resurslarının reallaşdırılmasından ilk daxilolmalar may ayından başlayacaq. “Azərkosmos” ASC-nin sədri bildirib ki, artıq may ayından etibarən icarə ilə bağlı ödənişlər Azərbaycan tərəfinə ödəniləcək. Belə ki,Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peykinin resurslarının 42-43%-i artıq 15 illik müddətə Malayziyanın “Measat” peyk operatoruna icarəyə verilib. Onun sözlərinə görə  bu bazar çox səmərəli və rəqabətlidir, burada qiymətləri məhz bazar təyin edir: «Hesab edirəm ki, Azərbaycanın təklif etdiyi qiymətlər rəqabətə davamlıdır».

R. Nəbiyev bildirib ki, hazırda peykin resurslarının 40 faizindən çoxu icarəyə verilib. Peykin resurslarının reallaşdırılmasından ilk daxilolmalar may ayından başlayacaq. “Azərkosmos” ASC-nin sədri bildirib ki, artıq may ayından etibarən icarə ilə bağlı ödənişlər Azərbaycan tərəfinə ödəniləcək. Belə ki,Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peykinin resurslarının 42-43%-i artıq 15 illik müddətə Malayziyanın “Measat” peyk operatoruna icarəyə verilib. Onun sözlərinə görə  bu bazar çox səmərəli və rəqabətlidir, burada qiymətləri məhz bazar təyin edir: «Hesab edirəm ki, Azərbaycanın təklif etdiyi qiymətlər rəqabətə davamlıdır».

ASC sədri onu da əlavə edib ki, “Azerspace-1” peykinin sığortalanması ilə əlaqədar bağlanılan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri hesabına “Azerspace-1” layihəsini davam etdirmək imkanına sahib olacaq.

Xatırladaq ki, ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən istehsal olunan “Azerspace-1” peykt “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. .

Eyni zamanda peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?