Modern.az

Terrorçular burunlarından tanınacaq

Terrorçular burunlarından tanınacaq

Təhsil

3 Mart 2010, 11:53

İngilis alimləri şəxsiyyətin burna görə müəyyən edilməsini təklif edir. Modern.az BBS-yə istinadən xəbər verir ki, alimlərə görə insanın identifikasiyasında burun forması əl izlərinin götürülməsi və ya gözün quzehli qişasından  daha effektli ola bilər.   Alimlərin qənatinə görə, yeni işlənib hazırlanmış texnologiya ilə terrorçu və digər cinayətlərdə ittiham olunanlan burun şəkillərindən onların şəxsiyyətini müəyyən etmək olar. İngilis alimləri bunun üçün 3 ölçülü PhotoFace skanerindən istiafadə etməyi təklif edir. İngiltərədəki Bata Universitetinin alimləri 40-dan artıq insanın  üçölçülü burun şəkillərini əldə ediblər. Buruna 3 tərəfdən baxan alimlər  6 burun növünü də aşkar ediblər. Tədqiqatçı alim Adrian Evans bildirib ki, burun əl izləri ilə müqayisədə daha yetkin informasiya verir. Evans yeni toxnoliyanın terrorizmlə mübarizə, qanunsuz miqrasiya, korrupsiya və saxta pasport cinayətkarlığı ilə mbarizədə tətbiq olunacağını söyləyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır