Modern.az

Bakıda Güney Azərbaycan türkləri ilə bağlı bəyanat verildi

Bakıda Güney Azərbaycan türkləri ilə bağlı bəyanat verildi

Təhsil

12 Fevral 2013, 16:12

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Bütöv Azərbaycan Ocaqları (BAO) Güney Azərbaycan türklərinin hüquqları uğrunda mübarizə aparan soydaşlarımızın İran rejimi tərəfindən qanunsuz olaraq izlənilmələri, təzyiq və işkəncələrə məruz qalmaları, həbs edilmələri ilə bağlı birgə bəyanat qəbul edib. Bəyanatda Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) sədri Lətif Həsənli, Yeni GAMOH Mərkəzi Komitəsinin üzvləri Yürüş Mehrəlibəyli Mahmud Fəzli, milli fəallar Şəhram Radmehr, Məmməd Cərrahi, Mehdi Həmidi Şəfiq, Əziz Purvəli, Həsən Ərk, Əhməd Rzayi Mübarəki, Mehdi Kuxian, Höccətülislam Əbdüləziz Əzim-Qədimi, Davud Əzimzadə, Abbas Vəlizadə, Əmir Çəmənli, Behnam Cəfəri, Bəhmən Xaliqi, Mənijə Bəhluli, Murtaza Muradpur, Səid Mətinpur, Şahrux Zamanlı, doktor Əsədulla Əsədi, Şəhram Dadaşi, Məsud Bayrami və Cavid Həzminin qanunsuz olaraq həbs edilmələri, təzyiq və işkəncələrə məruz qalmaları, ailə üzvlərinin təqib edilmələri qeyd olunur:
"Bütün beynəlxalq təşkilatları bəyanatda adı çəkilən şəxslərin azad edilməsi üçün İran rejiminə təzyiq göstərməyə, sayı 35 milyondan çox olan Güney Azərbaycan türklərinin hüquqlarının qorunması üçün əməli addımlar atmağa çağırırıq".


Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır