Modern.az

Britaniya Ukraynaya bu artilleriya silahını göndərir

Britaniya Ukraynaya bu artilleriya silahını göndərir

Dünya

24 Aprel 2022, 19:19

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə 20 ədəd AS-90 özüyeriyən artilleriya qurğuları göndəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.

 

Qeyd olunub ki, bu silahlar Ukraynadan əvvəl Polşaya göndəriləcək və burada ukraynalı hərbçilər artilleriya qurğuları ilə təlimlər keçəcək. Bundan başqa, Ukraynaya 45 000 ədəd mərmi veriləcək.

 

AS-90 "Vickers Shipbuilding and Engineering" şirkəti tərəfindən hazırlanıb və 155 mm çaplı artilleriya silahıdır. 1992-ci ildən istifadə olunur. Britaniya və Polşa ordusunun arsenalında var.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə