Modern.az

Xaçmazda QHT təmsiliçilərini polis saxlayıb

Xaçmazda QHT təmsiliçilərini polis saxlayıb

12 Fevral 2013, 17:28

Fevralın 12-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) və RATİ-nin əməkdaşları- Cavid Nəbiyev və Günay İsmayılova polis tərəfindən təzyiqə məruz qalıblar.

SMDT-nin əməkdaşı Cavid Nəbiyevin verdiyi məlumata görə, Xaçmazda planlaşdırılan təlim başlamazdan öncə əvvəl bir qrup mülki geyimli şəxs, ardınca polis əməkdaşları təlim keçirilən məkana- “Sahil” otelinə gələrək iştirakçıların sənədlərini müsadirə ediblər. Onlar təlimçilərlə və iştirakçılarla kobud davranaraq, təzyiqlə oteldən çıxardıblar. Mülki geyimlilər və polislər aldıqları sənədləri sonradan geri qaytarıblar. Bununla belə  heç bir səbəb göstərmədən təlimin keçirilməsinə icazə verməyəcəklərini bildiriblər.

SMDT əməkdaşı Cavid Nəbiyev rayon polis şöbəsi cinayət axtarış bölməsinin rəisi Amil Tahirli tərəfindən fiziki zorakılığıa məruz qalaraq  başından zərbə alıb.

Xatırladaq ki, sözügedən təlim SMDT-nin Demokratik Jurnalistika Məktəbi ilə birgə həyata keçirdiyi və Avropa İttifaqı ilə  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Vətəndaş İştirakı və Seçkili Orqanların Hesabatlılığının artırılması” layihəsi çərçivəsində təşkil edilib. Təlimin keçirilməsində məqsəd yerli idarəetmədə vətəndaş iştirakının təmin olunması üzrə bacarıqların artırılmasına yardım yardım etməkdir.   


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir