Modern.az

Əbülfəz Qarayev Polad Bülbüloğlunun anasını işdən azad edib - FOTO

Əbülfəz Qarayev Polad Bülbüloğlunun anasını işdən azad edib - FOTO

12 Fevral 2013, 17:37

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan professional vokal sənətinin banisi, professor Bülbülün həyat yoldaşı, Prezident təqaüdçüsü Adelaida Məmmədovanı qəbul edib. Modern.az-ın məlumatına görə, görüş zamanı Ə.Qarayev 90 illik yubileyi münasibəti ilə A.Məmmədovanı təbrik edib, ona can sağlığı arzulayıb. 
Ə.Qarayev mədəniyyət sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətini, habelə anadan olmasının 90 illiyini nəzərə alaraq, 2012-ci ilin dekabr ayında öz xahişi ilə Bülbülün memorial muzeyinin direktoru vəzifəsindən azad edilən Adelaida Məmmədovanı Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və pul mükafatı ilə təltif edib. 
A.Məmmədova ona göstərilən diqqət və qayğıya, fəaliyyətinə verilən yüksək qiymətə və səmimi qəbula görə Ə.Qarayevə minnətdarlığını bildirib.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir