Modern.az

Xocalı soyqırımı petisiyasına lazım olan 100 000 səs toplandı

Xocalı soyqırımı petisiyasına lazım olan 100 000 səs toplandı

12 Fevral 2013, 17:47

Xocalı soyqırımı ilə bağlı məsələnin Ağ evdə müzakirəyə çıxarılması üçün lazım olan 100 000 səs artıq toplanıb.

Modern.az xəbər verir ki, AĞ evin saytına yerləşdirilən petisiyanın imzalanması üçün qoyulan son tarix-fevralın 25-ə 13 gün qalmasına baxmayaraq, bu gün artıq lazım olan 100 000 səs toplanıb.

Qeyd edək ki, Ağ Evin saytında yer alan “Biz xalqıq” (We the People) bölməsində yerləşdirilmiş petisiya yanvarın 25-də yerləşdirilib. Kampaniyanın əsas məqsədi Xocalı qoyqırımının tanıdılması, dünya ictimaiyyətinin ermənilərin törətdiyi qətliamdan xəbərdar olmasıdır.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi