Modern.az

Avronest-in Bakı iclası yekunlaşdı

Avronest-in Bakı iclası yekunlaşdı

Təhsil

12 Fevral 2013, 18:44

Milli Məclisdə Avronest-in Enerji komitəsinin iclasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib. Modern.az bildirir ki,  Enerki Komitəsinin həmsədrləri, deputat Fuad Muradov və Yiri Mastalaka Bakı iclasının yekunları ilə bağlı jurnalistləri məlumatlandırıblar.  F. Muradovun sözlərinə görə,  iclasda hesabat üzrə dinləmlər keçirilib.  Avronest-in iclasında həmçinin enerji məsələləri və regional problemlər geniş mzakirə edilib. “İstənilən enerji daşınmalaları ölkənin ərazi bütövlüyünün qorunması ilə müşayət olunmalı və milli təhlükəsizliyi təmin etməlidir”-deyə deputat qeyd edib.

Digər həmsdər, Avropa Parlamentinin büro üzvü. Deputat Yiti Mastalaka bildirib ki, bu gün dünyada ölkələr qarşısında enerji təhlükəsizliyi hərbi təhlükəsizlik qədər əhəmiyyət daşıyır və ciddi iş tələb edir. “Biz Bakıda enerji ilə bağlı çox geniş məsələləri müzakirə etdik”-deyən Mastalaka qeyd edib ki, Avropa Parlamenti Şərq Tərəfdaşlıqı Proqramı çərşivəsində əməkdaşlıq etdiyi ölkələrlə yardım etməyi vacibdir. “Bir –birimizin yaralı yerləri haqda mühazirələr oxumaqdansa kömək etməliyik”-deyə Masatalaqa vurğulayıb.      

Dağlıq Qarabağ problemi ilə bağlı sualı cavablandıran AP-nin həmsədri Mastalaqa qeyd edib ki, bu problemin həlli üçün Minsk Qrupu işləsədə fəaliyyəti kifayət qədər tənqidi yanaşır. “Bu münaqişənin həlli üçün Avropa təcrübələri var. Biz problemin sülh yolu ilə. Tərəflərin maraqları nəzərə alınması ilə başa çatmasını istəyirik”-deyə AP-nin büro üzvü vurğulayıb. Regionda İranla bağlı beynəlxalq gərginliyə toxunan deputat bildirib ki, məsələinin sülh yolu ilə həll olunmasına ümid edir. “Ərəb  baharndan2 sonra indi hansı axmaq yenə də qan tökmək istəyər? İranla razılıq əldə etmək olar”-deyə Mastalaqa bildirib.

Avronest-in enerji komitəsinin növbəti iclası 2014-cü ildə Brüsseldə keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı