Modern.az

Deputat Gədəbəydə seçicilərlə görüşüb - FOTO

Deputat Gədəbəydə seçicilərlə görüşüb - FOTO

12 Fevral 2013, 22:55

103 saylı Gədəbəy seçki dairəsi üzrə seçilən millət vəkili Sevinc Hüseynova təmsil etdiyi rayonda görüşlər keçirib. Deputatın qərargahında Modern.az-a verilən məlumata görə, Gədəbəyə səfəri çərçivəsində deputat Rayon İcra Hakimiyyəti Başçısının 2012-ci ilin yekunlarına dair hesabatında iştirak edib.

Millət vəkili Sevinc Hüseynova həmçinin rayonun Dəyəqarabulaq, Arısu, Əmiraslanlı, Şəkərbəy, Qaradağ və Slavyanka kəndlərində seçicilərlə görüş keçirib. Görüşlərdə 250 dən çox seçici iştirak edib.

Keçirilən görüşlərdə deputat ölkəmizdə, o cümlədən Gədəbəydə aparılan tikinti quruculuq işləri, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə danişıb.

Seçicilər isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini və ölkə başçısının ətrafında birləşdiklərini bildiriblər.

Görüşdə seçiciləri maraqlandıran mövzular ətrafında söhbətlərlə görüşlər davam etdirilib. Rayon sakinləri kəndlərə qaz xəttinin çəkilməsi, elektrik xətlərinin və dayaqlarının yenilənməsi, kəndarası yolların əsaslı təmir edilməsi məsələlərinin həyata keçirilməsində və  rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının, əsasən kartof məhsulunun istehsalçılar tərəfindən  satıla bilməməsini nəzərə alaraq bununla bağlı xususi bir proqramın hazırlanmasına köməklik göstərilməsini xahiş ediblər. Millət vəkili seçicilər tərəfindən qaldırılan  məsələlərə münasibət bildirərək qeyd etdi ki, Azərbaycan Respublikasında  bütün yaşayış məntəqələrinin, ilk öncədə sərhəd bölgələrindəki yaşayış məntəqələrinin qazlaşdırılması üçün ölkə başçısının xüsusi tapşiriqlari var və bu məsələlər “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndada öz əksini tapıb.

“Artıq rayonumuzda 25 yaşayış məntəqəsi qazla təmin olunub və 13 yaşayiş məntəqəsində qazlaşma işləri aparılır və qısa bir zamanda rayonumuzun bütün yaşayış məntəqələri qazla təmin olunacaq. 56 km-lik Gədəbəy-Qaravəlilər magistral yolunun 10 km asfaltlaşdırılmış və qalan hissəsində tikinti işləri davam etdirilir.  35 kv-luq Zəyəm-Gədəbəy elektrik xəttinin əvəzinə yeni 110 kv-luq elektrik xəttinin çəkilməsi də 2013-cü ildə nəzərdə tutulub və  qeyd olunan bütün layihələr uğurla həyata keçiriləcəkdir”.

Görüşlərin yekununda seçicilər sərhəd bölgəsinin əhalisi kimi  Əkrəm Əylislinin Daş Yuxular  adlı romanını tənqid edərək o, romanın  heç bir tarixə əsaslanmadan yazıldığını və onun xəyanətkar, düşmənçilik mövqeyində olduğunu qeyd edərək  Əkrəm Əylislinin Azərbaycan vətəndaşı adına layiq  olmadığını bildiriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır