Modern.az

Qarabağla bağlı çıxarılan qətnamələrin icra vəziyyətinin təhlili təklif olunub

Qarabağla bağlı çıxarılan qətnamələrin icra vəziyyətinin təhlili təklif olunub

3 Mart 2010, 14:23

“Beynləlxalq təşkilatlar Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində qəbul edilən qətnamələrin icra vəziyyətinin monitorinqini aparsınlar”. Modern.az xəbər verir ki, bu təkliflə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxş edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən dünyada qaçqın və məcburi köçkünlərlə bağlı olan bütün problemlər ətrafında təhlil və monitorinqlər apırılır: “Ancaq dünya təcrübəsində hələ ki, belə bir monitorinq yoxdur ki, münaqişələrin həlli istiqamətində qəbul edilmiş qətnamələrin icrasının təhlili aparılsın. Bu tədbirdə səfirlər və maliyyə qurumları iştirak edir. Bilmirəm onlar bunu qəbul edəcəklər, onlara bu sərf edir, ya yox, ancaq bundan sonra bu təklifi daim təkarar edəcəyik ki, hansısa bir qurum bu məsuliyyəti öz üzərinə götürsün".

Komitə sədri bildirib ki, ötən  22 ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT, ATƏT-in Lissabon sammiti, Avropa Şurası Parlament Assambleyası və İslam Konfransı Təşkilatı qətnamələri var ki, onların icra vəziyyətinin təhlili aparıla bilər: "Əgər hər hansı mövcud xırda problem ətrafında istənilən qurum çox canfəşanlıqla monitorinq apara bilirsə, niyə belə ciddi problemlə bağlı moniorinq aparılmasın". 

BMT Qaçqınların Ali Komissarlığının Azərbaycaqndakı nümayəndəsi Arin Sala-Nqarin bildirib ki, təmsil etdiyi qurum humanitar təşkilat olduğundan qaldırılan məsələnin həllinə humanitar baxımdan çalışacaqlar: “Maddi yardım və ya insanların hüquqlarının təminatı, qaçqın və məcburi köçkünlərin geri qaytarılması baxımından BMT-nin Azərbaycandakı hər bir strukturu öz mandatı çəçivəsində əlindən gələni edəcək. Nazir müavinin verdiyi təklif və məsləhətlərin müzakirəsi aparılacaq”.

 

Modern.az     

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı