Modern.az

Hərbi təyyarəmiz qəzaya uğrayıb

Hərbi təyyarəmiz qəzaya uğrayıb

Təhsil

3 Mart 2010, 18:12

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti Şəmkir rayonu ərazisində hərbi təyyarənin qəzaya uğraması barədə məlumat yayıb. Məlumatda bildirlir ki, martın 3-də saat 17.00 radələrində planlaşdırılmış təlim uçuşu zamanı SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb. Məlumata görə, təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub. Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı