Modern.az

I sinfə qəbul üzrə müsahibələr əyani keçiriləcək

I sinfə qəbul üzrə müsahibələr əyani keçiriləcək

Təhsil

5 May 2022, 11:12

“Bu il tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı bütün müsahibələr canlı formada həyata keçiriləcək”.

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda deyib.

 

Nazirlik rəsmisi xatırladıb ki, pandemiya səbəbindən ötən il müsahibələr onlayn formada aparılıb: “Artıq bu il müsahibələr canlı olacaq. Müsahibələr üçün qeydiyyat mayın 10-dan 31-dək davam edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?