Modern.az

Analara məktub

Analara məktub

4 Mart 2010, 11:17

Ana ömrü övladının əliylə

Yuxuları oğurlanmış bir ömür.

Dünyanı aydınladan və öz ağ südü ilə insana həyat verən Analarımız!

Dilimizdəki və beynimizdəki ən gözəl ad və ən gözəl kəlmə sizin adınızdır-Ana kəlməsidir. Çünki sizə hər səslənişimizdə acılarımız susar və sevgimiz coşar. Analar gününüz mübarək olsun!

Hər anınız gözəl, hər gününüz mübarək!

Sizin üçün bir gün deyil, ilin 365 günü bayram edilsə, yenə də azdır. Sizin üçün bir il deyil, yüz illər, min illər fəda edilsə yenə azdır.

“Cənnət anaların ayaqları altındadır” buyuran Peyğəmbərimiz bu müjdəsi ilə cənnətə gedən yolun sizlərlə aydınlanacağını bildirib.

Uca Allah belə elçilərini yer üzünə sizin mübarək əllərinizlə bəxş edib.

Doğarkən həyatınızı, bizi bəsləyərkən rahatlığınızı, heç bir qarşılıq gözləmədən bütün ömrünüzü sevə sevə həsr etdiniz. Dodaqlarınızda çiçəkləri solmayan dualarınızla bizlərə həyat verdiniz.

Gül qönçəmiz, canımız Analarımız.

Sevgisi, şəfqəti, mərhəmət və məhəbbəti kainatı bürüyən Analarımız!

Zaman-zaman sizi unutmuş kimi göstərsək də inanın, Sizi heç unutmadıq.

Heç bir zaman unutmadıq.

Unutmadıq şirin səsinizi, “balam, övladım, gülüm, canım”” deyən səslənişinizi. Bizə həyat verən o isti nəfəsinizi, heç unutmadıq.

Şəfqət qanadlarınızı hər zaman başımızın üstündə bizi qoruduğunu hiss etdik.

Sizin xeyir-dualarınızla həyata bağlandıq və bu duaların hər zaman bizimlə oluğunu hiss etdik.

Sizin öyrətdiklərinizlə baxdıq dünyaya, sizin nəsihətlərinizlə atıldıq həyata.

Sizin baxışlarınızla baxırıq gələcəyə. Çünki, heç kim sizin qədər bizim gələcəyimizi düşünə bilməz.

Çünki, bizə bizdən çox canınız yanır.

Ağlarsa anam ağlar,

Başqası yalan ağlar.

Misralarını düşünərək bu günə qədər sizləri ağlatdığımız üçün ağlayırıq.

Ana başa tac imiş,

Hər dərdə əlac imiş.

Bir övlad pir olsa da,

Anaya möhtac imiş.

Sizin səsinizə, bizi isidən nəfəsinizə, beşik başında oxuduğunuz laylalarınıza, “canım balam, gözümün işığı, evimin yaraşığı” deyərək səslənişinizə, hər bir zaman bizlərlə bərabər olan bizləri xatırlayaraq etdiyiniz dualarınıza, sonsuz şəfqətinizə, hər zaman başımıza sığal çəkən o zərif, yumşaq əllərinizə möhtacıq.

Yemədiniz yedirdiniz, içmədiniz içirdiniz, geymədiniz geydirdiniz, yeməklərin ən dadlısını, meyvələrin ən safını yeməyimizi, geyimlərin ən gözəlini geyməyimizi istədiniz.

Hər zaman övladınıza “oğlum diqqət et”, “qızım ağıllı, ləyaqətli ol”, “dostlarınla mehriban ol”, “övladım dərs oxu, müəllimlərini sev, onları dinlə”, “evə gec gəlmə” dediniz.

Sizlərdən uzaq düşüncə, yenə “övladım güclü ol, heç bir zaman üzülmə, çətinliklərə sinə gər, pulunun, zamanının dəyərini bil” dediniz.

Sonra “haqsızlıq etmə”, “yalan danışma”, “başqalarını üzmə”, “Allahdan qorx” dediniz.

Sizlərə bu məktubu yazarkən, geriyə dönüb baxdığımızda ancaq istədəyinizi gördük. Amma indi anladıq ki, istədikləriniz ancaq bizim üçündür. Bildik ki, bizim xoşbəxt bir insan olmağımızı istəyirsiniz. Amma peşman olduq. Sizləri üzdüyümüzə, sizləri yorduğumuza. Bizləri Sizsiz, sevgisiz buraxmayın.

Sizə və Sizin sevginizə möhtacıq...

Qucaq dolu sevgilərlə...

 

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?