Modern.az

Röyanın mega-hiti Türkiyədə səslənəcək

Röyanın mega-hiti Türkiyədə səslənəcək

18 Fevral 2013, 10:44

Estrada ulduzu Röya Türkiyədə  yaradıcılığını davam etdirir. Müğənni bu dəfə qardaş ölkənin musiqi dünyasına Azərbaycanda ən uzunömürlü  hiti olan “Bəlkə də” kompozisiyasını çıxaracaq. Modern.az saytının məlumatına görə, mega-hit  Türkiyədə üçüncü dəfə aranjeman olunacaq.
“Bəlkə də”nin musiqisi sevilən və istedadlı bəstəkar Pərviz Mahmudov, sözləri Leyli İsrafilovaya məxsusdur. P. Mahmudov mahnının Türkiyədə də seviləcəyinə əmindir:

“Röyanın çox hit mahnıları olub. Amma düşünürəm ki, “Bəlkə də” uzun müddət  hit olaraq qaldı. Mahnı iki versiyada aranjeman olunmuşdu, hər ikisi radio dalğalarında səslənməzdən əvvəl  sevilməyə başlamışdı”.  

Qeyd edək ki, “Bəlkə də” artıq Türkiyədə də bir çox musiqiçilərin rəğbətini qazanıb. P.Mahmudov Röya ilə yaradıcı birliyini davam etdirdiyini də vurğuladı: “ “Bir il keçdi” və “Son görüş” mahnılarım da Röyanın ifasında çox sevilir. Bizim yaradıcı vəhdətimizin uğurlu alındığını düşünürəm. Elə buna görə də tezliklə daha iki bəstəmi Röyanın ifasında eşidəcəksiniz. Hər ikimiz bu kompozisiyaların da mega-hit olacağına inanırıq”.

“Bəlkə də” mahnısının Azərbaycanda sevilən versiyasını dinləyin:

//www.youtube.com/watch?v=_BUujAYEftc  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir