Modern.az

Zelenski itə medal verdi

Zelenski itə medal verdi

9 May 2022, 09:40

Ukrayna Prezidenti Volodimir Zelenski "Patron" adlı minaaxtaran iti və onun sahibini Rusiyanın işğala başladığı gündən bəri göstərdikləri fədakar xidmətlərə görə medalla mükafatlandırıb.

 

Modern.az xəbər verir ki, Zelenski bu barədə Kanadanın Baş naziri Castin Trüdo ilə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

 

“Torpaqlarımızı minalardan təmizləyən Ukrayna qəhrəmanlarını mükafatlandırmaq istəyirəm. Qəhrəmanlarımızla birlikdə nəinki partlayıcıları zərərsizləşdirməyə, həm də uşaqlarımıza mina təhlükəsi olan ərazilərdə lazımi təhlükəsizlik qaydalarını öyrətməyə kömək edən balaca istehkamçı – "Patronu" da mükafatlandırmaq istəyirəm”, - deyə Zelenski vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə