Modern.az

Moskva məhkəməsi azərbaycanlıların işini araşdırır

Moskva məhkəməsi azərbaycanlıların işini araşdırır

4 Mart 2010, 11:37

Moskva şəhər Məhkəməsi Rusiya, Azərbaycan və Tacikistan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar şəbəkənin  işini araşdırır. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya baş prokurorunun müavini Vladimir Malinovski dəstənin 10 üzvünə qarşı yekun ittihamnaməni təsdiqləyib. Şəbəkə qanunsuz bank əməliyyatlarının həyata keçirilməsində və silah-sursat saxlamaqda ittiham olunurlar. Dəstənin təşkilatçıları Rövşən və Elşad Hacıyev qardaşları barədə beynəlxalq axtarış elan olunub. Rusiya Baş Prokurorluğunun məlumatında qeyd olunur  ki, şəbəkə 2007-2008-ci illər ərzində 93 milyon rubl mənimsəyib. Qanunsuz pul dövriyyəsinin həcmi isə 15 milyard dollar təşkil edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi