Arxiv
19 Fevral 2013, 15:16 | MÜSAHİBƏ
“Qulp”un məşhur aktyoru Teymur müəllim: “Televizorda əclafları söyür, toylarda tərifləyirəm” - MÜSAHİBƏ

Modern.az-ın budəfəki həmsöhbəti ANS-TV-dəki məşhur “Qulp” verilişindən və “Bacanaqlar” serialından yaxşı tanıdığımız aktyor Teymur Məmmədovdur. Həmişə duzlu-məzəli çıxışları ilə yadda qalan aktyorla söhbətimizə bu sənətə necə gəlməsindən başladıq.

– Ağdamın Yusifcanlı kəndində anadan olmuşam. Uşaqlıqdan həmişə kəndimizdə Novruz şənliklərinin, məhərrəmlik tədbirlərinin necə keçirildiyi ilə maraqlanırdıq. Ola bilsin ki, bu həvəs də ondan qaynaqlanır. Sovet dövründə gördüyümüz haqsızlıqlara uşaqlıdan bu və ya digər vasitələrlə mübarizə aparırdım. Səhnəciklər hazırlamaqla o haqsızlıqları üzə çıxarırdım. Hər hansı məmur obrazını yaratmaqla öz mübarizəmizi aparırdıq. Biz orta məktəbdə prokurorları təbliğ edən Mehmanı öyrənirdik, amma adi həyatda Mehmanı görə bilmirdik. Ağlımız kəsdikcə isə görürdük ki, adi həyatdakı ilə əsərlərdə yazılanlar eyni deyil.

Mənim ayrı yolum da yox idi. Əlimə silah götürüb atası deyildim ki?

İncəsənət İnstitutunda dram-kino aktyorluğu fakültəsində təhsil almışam. Təyinatla 1982-ci ildən Ağdam Teatrında işlədim. Hərbi xidmətdən sonra (1982-1984) Şuşa Mədəni Maarif Texnikumunda ixtisas müəllimi kimi işimi davam etdirdim. Şuşa Teatrının yaradıcılarından biri də mən olmuşam. 1990-cı ildən son iki ilə qədər Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərirdim.

Bilmək olarmı niyə iki ildir teatrda işləmirsiniz?

– Söz gəlişi fədakarlıqdan danışmaq olar. Amma aktyor maaşı ilə adam nə özünü, nə də ailəni dolandırmaq olur. Teatrın iş rejimi elədir ki, sən 150 manata qane olub orada bağlanıb qalmalısan. Çörək çıxan işlərə getməməlisən.

Mənim əsas işim Şuşa Humanitar Kollecidir. Mən orada müəllim işləyirəm.

– İnsanlar sizi daha çox “Qulp” verilişindən tanıyıb. Ümumiyyətlə həmin proqrama yolunuz necə düşdü?

–  Üzeyir bəy də, Sabir də, Mirzə Cəlil də vaxtı ilə öz sözlərini müxtəlif variantlarda deyiblər. Onların yazdıqlarını oxuyanda adam dəhşətə gəlir. Ötən 100 il ərzində bir zərrə biz dəyişməmişik. Və utanmaz-utanmaz harada danışsaq deyirik ki, onlar müasirimizdir. Onların ruhunu narahat edirik. Onlar yazdılar ki, biz düzələk ki, deyək, rəhmətliklər yazdılar biz oğru, yaltaq , rüşvətxor olmadıq, tərbiyələndik.

“Qulp”a gəlməyimə səbəb haqsızlıqlara qarşı içimdəki mübarizə, nəyi isə bir sancma istəyi olub. Məni “Qulp” proqramına dəvət edən Mübariz Əsgərovdur. Beləliklə də münasibətlərimiz yaranıb. Bundan başqa, “Mozalan”da da çəkilmişəm. Hazırda onun maliyyə səbəblərindən çəkilişlər dayanıb.

Niyə bəs həmin verilişdə iştirak edənlərin çoxu məhz sizin teatrdan dəvət edilib? “Muzkomediya”dan da aktyor heyəti dəvət etmək olardı...

– Məsəl var, deyirlər, od düşdüyü yeri yandırar. Qarabağ hadisələrindəki başımıza gələnlər, içimizdəki o etiraz narahatlıq, narazılıq, nə isə demək ehtiyacı bizi birləşdirir. Bizim orada heç bir maddiyyatdan söhbət gedə bilməz. Biz orada heç qonorar almırıq.

- Səhnəcikləri, mətni kim yazır?

– Təbii ki, Mübariz Əsgərov Azərbaycan mühitini, görən bilən adamdır. Mühitin yetirdiyi ziyalı jurnalistdir. Əlbəttə, ideyaların çoxu ondan gəlir. Mətni də özü yazır. Biz də obrazı oynayırıq, ətə-qana gətiririk. Adətən, hansısa problem ətrafında danışanda Mübariz ideya verir ki, məsələn bu gün idmanımızdan danışacayıq.

– Daha çox sizi polis obrazında görürük. Polislərlə adi həyatda sizin probleminiz olurmu?

– Bir dəfə Şamaxıda bir el şənliyində toyda idik. Toy sahibi də yol polisi əməkdaşı idi. Sağlıq deyənlərin hamısı toy sahibinə atmaca atırdılar. Hamının əlinə fürsət düşüb ki, buna öz ürək sözünü desin. Mənə də qonaq kimi söz verildi. Dedim ki, ay camaat, mənim yol polisi ilə heç bir problemim yoxdur. Çünki ümumiyyətlə maşınım yoxdur.

O zaman maşınım olmadığına görə problemim yox idi, indi də məni tanıyıb çox istədikləri üçün problemim olmur.

Verilişdən narazılıqların bildirənlər də olur. Eləsi də olur ki, sujetimiz ona ləzzət edir.

Mən tək polisləri tənqid etmirəm. Məsələn, sürücünü yol polisi saxlayıb .Deyir, ay kişi, maşından düş, içmisən. Deyir, ə toydan gəlirəm də cəmi 100 qr araq içmişəm. Guya ki, 100 qr içib sürmək olar. Bu olmazlar var da, bu olmazları da qoruyan yol polisidir. Burada ona nə demək olar ki...

– Bəs siz özünüz necə, bu olmazları etmisinizmi?

– Olub. Mən o qaydaları pozuram ki, ümumiyyətlə o qaydaları mən bilmirəm. Birdən də elə olur ki, kəmərləri bağlamıram. Birdən də elə olur ki, harasa tələsirəmsə, tez kəməri taxıram ki, polis saxlayıb hörmət etsə də, olan mənə olacaq ara yerdə vaxtım itəcək. Bir az bunlarla de-gül, vaxt gedir.

Yəni çalışıram ki, polis deməsin ki, ayıb deyil özün nöqsanları deyirsən, amma səhvin böyüyünü sən edirsən.

– “Qulp”dakı kimi, hansısa verilişə baxanda olubmu ki, lomba ilə tüpürmək və ya pultu qolazlamaq istəmisiniz?

– Elə ürəyimdən keçir. İndi televizora tüpürməyə ehtiyac yoxdur. Ağ-qara televizorun vaxtı olsaydı, güllə ilə vurardıq. İndi zəmanə dəyişib, xoşun gəlmir dəyiş kanalı. Mənim silahım pultdur.

- Seriallara yolunuz necə düşdü?

– “Bacanaqlar” serialından əvvəl Elməddinlə el şənliklərində görmüşmüşdük. Məni sonra layihələri ilə tanış etdi və seriala dəvət etdi. Məndə canla-başla razılaşdım. Dedim, nə zaman istəsən, hazıram, təki mən sizin tələbatınıza uyğun olum.

– Heç elə olurmu ki, tamaşaçılar sizi görəndə sataşıb serialdan bir söz desinlər

– Olur. Bir də görürsən bazarda kimsə kiməsə “Ürəyim, sənə qurban” deyir. Elə bilirəm ki, mənə söz atırlar. Amma sonra görürəm ki, heç məni görən yoxdur. Öz aralarında bir-birlərinə atmaca atırlar.

Bir gün də maşınla gedirdim. Gördüm, bahalı xarici maşın mən dayananda dayandı. Şüşə aşağı endi. Maşının içindən bir qadın mənə sarı “Saa ürəyim qurban, nə var yox?”, – dedi. Mən də tez bunun maşının salonuna baxdım ki, birdən yanında kişi olar, məndə buna söz ataram, axırı pis olar. Daha çox isə camaat “Qulp “ proqramındakı “Ə, bunu mən niyə sürə bilmirəm” cümləsi ilə söz atırlar.

– Serialda həmişə gözəl qadınlara bayılırsınız. Bəs həyatda?

– Vətənə, insanlara sevgi olduğu kimi, xanımlara, gözəlliyə də laqeyd olmaq olmur. Münasibət bitən yerdə həyat da bitir.

– Toylara da gedirsiniz. Baş ilə mədə bir yerdə işləyə bilirmi?

– Təbii ki, yox. İnsan ya qidalanmalı, ya da yaradıcılıqla məşğul olmalıdır... Toy elə bir şeydir ki, sahibi oğru da olsa, deyirsən bundan doğru adam yoxdur, xəsisə deyirsən ki, bundan səxavətlisi yoxdur. Bir də görürsən qohumları yaxınlaşır ki, ə bu əclafın biridir az təriflə. Deyirəm, neyləyim, ayrı söz desəm döyüb qovarlar.

– Proqramda deputatlığa namizədliyinizi vermişdiniz. Deputatlar ilə münasibətiniz varmı?

– Əfsus ki, məmurlar vəzifədən gedəndə, seçilməyəndə mənə yaxınlaşıb deyirlər ki, sizi çox istəyirik. Kim ki, vəzifədədir, deputatdır, biz onların adamı deyilik. Biz əzilən, üzünə qapı çırpılan, döyülən söyülən sadə xalqın sevinciyik.

– Tənqid etdiyiniz obrazlara həyatda qarşınıza çıxıbmı?

– Niyə çıxmır. Hara getsək o adamlardılar da. Guya nadir tapıntıdırlar!?

  – “Yaxşı ki ziyalı olmadım” adlı səhnəciyiniz var, ziyalı olmağınıza peşmançılıq çəkirsiniz?

– Düşüncəmi, ağlımı dəyişmək mümkün olsaydı, ziyalı olmaq nəyimə lazım idi. Mən torpağımı itirəndən sonra 20 ildir Tibb Universitetinin yataqxanasında bir otaqda məskunlaşmışam. Oğlum və qızım alt-üst uşaq çarpayısında böyüdülər və o çarpayıya indi sığmırlar. Bir neçə ay bundan əvvəl mən qızımı o çarpayıdan gəlin köçürmüşəm. Mənə deyirlər ki, müəllim obrazını niyə biabır etmisiniz. Deyirəm, gəl otur de, müəllim bundan artıqdır. Müəllim 100 manat maaş alır, evin qiyməti isə neçə yüz min manatdır. Müəllim nə qədər ömür yaşamalıdır ki, onun da evi olsun. Və məndən də pis şəraitdə iki qırmızı diplomlu ziyalılar var ki, gedib küçələrdə qadın corabları satırlar.


– “Salam verdim, “rüşvət deyil” deyə almadılar” söyləyən Füzülidən tutmuş  Mirzə Cəlilə, Sabirə qədər yazıldı, siz deyən kimi, düzəlmədik. Kobud dillə desək, biz nə zaman adam olacayıq?

– Biz buyuq da, belə də olmalıyıq da. 9 mərtəbədən əlimizdəki zibil topasını yerə atırıqsa, zibil qabımız hər küçədə yoxdursa, 100 min dollarlıq maşının şüşəsindən içdiyimiz butulkanın şüşəsini yerə atırıqsa, daha kimdən və nədən narazılıq etməliyik ki!?

– Tənqid edənlər çox vaxt təzyiqlərə məruz qalır. Ola bilərmi ki, sizi satira xilas edir...

– Türkiyədə süpürgəçiyə abidə qoyublar. Bu adam yaşadığı massivi elə səviyyədə saxlayır ki, bu adam heykələ layiqdir. Yəni süpürəndə də işini sevgi ilə etməlisən. Azərbaycanda heç nə yerində deyil: atın qabağına – ət, itin qabağına ot qoyurlar.  

– Çox vaxt gülüş ustaları həyatda ən kədərli insanlardan bir olur.

– Elədir, onların kədəri, faciəsini heç vaxt güldürdükləri insanlar görə bilməz.


Şahanə Rəhimli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26 Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızl Xaç”a TƏQDİM ETDİ 4 Dekabr 2020, 17:20 Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO 4 Dekabr 2020, 17:14 Bakıda parada hazırlıq işləri gedir - FOTOLAR 4 Dekabr 2020, 17:08 Azərbaycan Fransaya nota verdi - Səfir nazirliyə çağrıldı   4 Dekabr 2020, 17:02 Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb 4 Dekabr 2020, 16:56 “Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ 4 Dekabr 2020, 16:50 Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazdı 4 Dekabr 2020, 16:44 Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı 4 Dekabr 2020, 16:38 Sabiq icra başçısı vəfat etdi 4 Dekabr 2020, 16:32 Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev 4 Dekabr 2020, 16:26 Ərdoğan Bakı səfərinin tarixini AÇIQLADI 4 Dekabr 2020, 16:20 Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfirini qəbul edib 4 Dekabr 2020, 16:15 Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” 4 Dekabr 2020, 16:10 “İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm” - Ərdoğan 4 Dekabr 2020, 16:05 Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?